Nida Xəbər
Tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradıldı
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək.
Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır.
Bildiririk ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.) ciddi riayət olunmalıdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
