Nida Xəbər
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
Martın 9-da Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub.
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini Əli Əhmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının martın 5-də keçrilən VII Qurultayında partiyanın sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışından bəhs edərək, partiyanın strukturunda da ciddi dəyişikliklər olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxışında ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirildiyini və bu islahatların siyasi sferanı da əhatə etdiyini diqqətə catdırıb. Ədalət Vəliyevin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş qərarlar da bu islahatların tərkib hissəsi hesab olunmalıdır.
YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun fəaliyyətinin Azərbaycan ictimaiyyətinə yaxşı tanış olduğunu deyən Ədalət Vəliyev qeyd edib ki, Tahir Budaqov uzun illərdir ki, həm siyasi, həm də dövlət orqanlarında uğurla fəaliyyət göstərir.
Çıxış edən YAP-ın sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov göstərilən böyük etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultmağa çalışacağını, partiyanın qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
