Nida Xəbər
XİN-də STRUKTUR DƏYİŞİKLİYİ: nazir müavininin səlahiyyətləri artırıldı
Xarici İşlər Nazirliyinin (XİN) strukturunda dəyişiklik edilib.
Bunun nəticəsində nazir müavini Fariz Rzayevin səlahiyyətləri artırılıb.
Belə ki, o, bundan sonra nazirliyin İkinci Avropa İdarəsi, Amerika İdarəsi, Asiya İdarəsi, Yaxın Şərq və Afrika İdarəsi, Nazirliyin İnspeksiyası, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək. Bundan əvvəl həmin strukturlara nəzarəti XİN başçısının sabiq müavini Ramiz Həsənov yerinə yetirib.
Bununla yanaşı əvvəllər xarici işlər nazirinin kurasiyasında olan Dövlət Protokolu İdarəsi də F.Rzayevin nəzarətinə verilib.
Daha əvvəl onun kurasiyasında nazirliyin Konsulluq İdarəsi, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi və Xüsusi Rabitə Təminatı İdarəsi olub. Beləliklə, XİN-də F.Rzayevin nəzarətində olan strukturların sayı 4-dən 14-ə çatıb.
Qeyd edək ki, 44 yaşlı F.Rzayev 2020-ci ilin sentyabrından xarici işlər nazirinin müavinidir
Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. O, Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
