Nida Xəbər
Azərbaycanın bölgədə sülhü qorumaq əzmindən məmnunuq - Latviya səfiri
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs və Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələr müzakirə edilib.
Ölkələrimiz arasındakı tarixi bağlara toxunan komitə sədri S.Seyidov Baltikyanı ölkələrin parlamentarları ilə daha sıx əlaqələrin qurulmasının, qarşılıqlı rəsmi səfərlərin təşkilinin, informasiya mübadiləsinin intensivləşdirilməsinin, ikitərəfli dialoqun canlandırılmasının vacibliyini diplomatların nəzərinə çatdırıb. Latviyalı və estoniyalı həmkarları ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Parlamentində əməkdaşlıq əlaqələrimizdən söz açıb.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini, bölgədə yeni reallıqların yarandığını qeyd edən Səməd Seyidov bəzi Avropa dövlətlərinin mövcud reallığı görməzdən gəldiyini, sərhədlərin demarkasiyası məsələsində Ermənistanın təxribatçı bəyanatlarına uyaraq obyektivlikdən uzaq mövqe sərgilədiyini vurğulayıb.
Görüşdə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini bildirib. Pandemiya şəraitinə baxmayaraq, Latviya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən ticarət dövriyyəsinin davam etdiyini vurğulayıb. Qarşıdakı aylarda Latviya deputatlarının Azərbaycana planlaşdırılan səfəri və digər məsələlər barədə məlumat verib.
Söhbət əsnasında Ermənistanın işğal illərində Azərbaycan torpaqlarında törətmiş olduğu dağıntıları öz gözü ilə gördüyünü təsdiqləyən səfir Dainis Qarancs bildirib ki, Azərbaycanın bölgədə sülhü və sabitliyi qorumaq əzmindən çox məmnundurlar.
Görüşdə iştirak edən Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair fikirlərini bölüşüblər.
Avropada Azərbaycan həqiqətlərinin yayılması, bölgədəki vəziyyətlə bağlı obyektiv durumu əks etdirən məlumatların lazımi instansiyalara çatdırılmasının vacibliyi bildirilib. Qonaqların nəzərinə çatdırılıb ki, ölkəmiz dünyada və bölgədə sülh istəyir. Azərbaycanla normal əlaqələrin qurulması Ermənistanın özünün də xeyrinə olacaq.
Sonra çıxış edən Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov bu görüşü çox maraqlı və faydalı görüş kimi dəyərləndirib. Parlamentlərimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcəyinə dair fikirlərini bölüşüb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
