Nida Xəbər
MHP-nin Şuşada tikdirəcəyi məktəbin inşasına az qaldı: DETALLAR (VİDEO)
Türkiyənin “Haber Global” kanalı Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı tərəfindən səsləndirilən Şuşada məktəb tikilməsi ilə bağlı təklifin detallarını əldə edib.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, yayımlanan süjetdə bildirilib ki, məktəbin tikintisinə az müddət qalıb.
“Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfindən minnətdarlıqla qarşılanmışdı.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.
Bununla belə, Dövlət Baxçalının son açıqlamaları sadəcə anlaşılmazlıqdan yaranmış vəziyyətdir. Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyil. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunacaq”, - “Haber Global”ın süjetində qeyd edilib.
Daha ətraflı videoda izləyə bilərsiniz:
-
Sosial12:04Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən...
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?


























.jpg)
.jpg)





