Nida Xəbər
Azərbaycanlı jurnalistlər Türkiyədə təlimdə
Bugün Ankarada “Hərbi jurnalistika” təlim proqramına start verilib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA), Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.
Publika.az Medianın İnkişafı Agentliyinə istinadla xəbər verir ki, avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat veriləcək. Təxminən 60 faizi praktiki hissədən ibarət olacaq dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçiriləcək. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər.
Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunacaqlar.
Rahib Ələsgərov
-
Avto18:24Rusiyada yeni avtomobillərin qiyməti rekord həddə çatdı
-
Nəqliyyat18:12Piyada keçidi, yoxsa ölüm zolağı? - Video
-
ABŞ17:40"Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
-
Magazin117:30İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti...
-
İnanc14:13Ramazanın ilk gününün imsak və iftar vaxtı açıqlandı
-
Sosial13:26Bakının bu qəbiristanlığında sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO
-
Sosial12:45Məktəblərdə artan insidentlərin pərdəarxası səbəbləri - VİDEO
-
Magazin212:02Hollivud ulduzu film tanıtımına elə geyimdə gəldi ki... - FOTOLAR





































