Nida Xəbər
Erməni nümayəndə heyətinin ATƏT PA-dakı bütün cəhdləri iflasa uğradı - FOTO
“Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun” “dirçəldilməsi” və erməni terrorçularının dərhal azad olunması tələbi ATƏT PA-da rədd edildi.
Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti cari ilin 2-6 iyul tarixlərində Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT PA-nın İllik Sessiyanda iştirak edir.
Publika.az xəbər veirr ki, illik Sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soder tərəfindən müvafiq olaraq ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsi və Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihələrinə ölkəmizin maraqlarına zidd olan dəyişiklik irəli sürmüşlər.
Erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan tərəfindən irəli sürülmüş Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsinin Qətnamə layihəsinə “Dağlıq Qarabağ münaqişəsi”ni və “ATƏT-in Minsk Qrupu” nu daxil etmək məqsədilə hazırladığı dəyişiklik müzakirəyə çıxarıldı.
Qeyd olunan düzəlişin müzakirəsi zamanı Azərbaycan nümyəndə heyətinin rəhbəri Azay Quliyev erməni nümayəndə heyətinin təklifinə tutarlı arqumentlərlə cavab verərək Assembleyanı müharibədən sonra mövcud olan reallığa zidd olan dəyişikliyi qəbul etməməyə çağırdı. Ermənistanın təklifi səsə qoyuldu, 27 səs əleyhinə, 12 səs leyihnə olmaqla düzəliş rədd edildi.
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsinin iclasının davamında ermənipərəst isveçli deputat Bjorn Soderin “saxlanılan erməni hərbiçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən” təklifi, eləcə də mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik çağırışı müzakirəyə çıxarıldı.
İsveçli deputatın təklifinə qarşı çıxan Azay Quliyev söz alaraq həbs edilmiş erməni hərbiçəlirinin müvafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu, UNESCO-nun fəaliyyətinə ermənilər tərəfində süni əngəllərin yaradıldığını əsas gətirərək, ATƏT PA tərəfindən bu bəndin qəbul edilməsinin yanlış olacağını vurğuladı. Soderin təklifi səsə qoyuldu, 24 əleyhinə 12 lehinə olmaqla rədd edildi.
Ermənistanın Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı etdiyi üçüncü cəhd ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihəsinin müzakirəsi zamanı edildi.
Bu dəfə Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyan yenə Dağlıq Qarabağa və münaqişənin mövcudluğuna istinad edən, erməni hərbiçilərinin azad olunmasını özündə əks etdirən təklifi müzakirəyə çıxarıldı.
Ermənilərin təklifinə qarşı çıxan Azərbaycan nümyəndə heyətinin rəhbəri Azay Quliyev bu təklifin birtərəfli və əsassız olduğunu, hazırda Avropa Birliyi tərəfindən aparılan üçtərəfli Brüssel danışıqlarında zəruri məsələlərin müzakirə edildiyini, bu kimi mövzuların ATƏT PA-nın Qətnaməsinə salınmasının zərərli olacağını əsas gətirərək Assambleya üzvlərini bu təklifi qəbul etməməyə çağırdı. Karapetyan tərəfindən hazırlanan düzəliş səsə qoyuldu, 18 səs əleyhinə, 11 lehinə olmaqla rədd edildi.
Beləliklə, Böyük Britaniyanın Birminqem şəhərində işini davam etdriən ATƏT PA-nın İllik Sessiyanda Ermənistan tərəfindən Azərbaycan əleyhinə hazırlanan və təqdim olunan bütün düzilişlərin və təkliflərin qarşısı qətiyyətlə alındı.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI