Nida Xəbər
UNİCEF-in Əfqanıstana göndərdiyi yardım Bakı Limanına çatdı - FOTO
BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) tərəfindən Türkiyədən Əfqanıstana göndərilən hər biri 18 ton yük daşıyan 4 ədəd TIR, bu gün günorta saatlarında Bakı Limanına çatıb.
Limandan bu gün Publika.az bildirilib ki, əsasən məktəbli ləvazimatlarından ibarət olan 72 tondan çox yük, Limanının peşəkar komandası tərəfindən operativ şəkildə boşaldılaraq 45 futluq konteynerlərə yüklənir.
"Yükləmə prosesi başa çatdıqdan sonra yardım gəmiyə yüklənərək Türkmənistana yola salınacaq və daha sonra quru yolu ilə Əfqanıstana göndəriləcək.
Qeyd edək ki, bu növ yüklər əvvəllər digər beynəlxalq nəqliyyat dəhlizləri vasitəsi ilə təyinat ölkəsinə çatdırılırdı, lakin ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin dayanıqlığı, stabilliyi və rahatlığı baxımından artıq bir çox yük sahibləri məhz bu dəhlizə üstünlük verir.
Bakı Limanı olaraq humanitar yardımın maneəsiz və sürətli daşınmasına dəstək olmaqdan böyük məmnunluq duyuruq", - məlumatda deyilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
