Nida Xəbər
Ceyhun Bayramov BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, bölgədə post-münaqişə dövründə görülən işlər və Laçın yolu ətrafında vəziyyət müzakirə olunub.
Görüşdə nazir BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra Laçın yolunda etirazlara səbəb olan vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Etirazların səbəbinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyət, Laçın yolundan bu məqsədlə sui-istifadə olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, davam edən hərbi təxribatlar, Laçın yolundan 2021-ci il Ermənistan istehsalı minaların ötürülməsi və dinc əhaliyə qarşı təhdidlər qeyd edilib.
Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı irəli sürülən iddiaların heç bir əsasının olmadığı vurğulanıb. BQXK-nın ərazidə fəaliyyət göstərdiyi, avtomobillərinin mütəmadi əsasda yoldan istifadə etməsinin buna sübut olduğu bildirilib.
Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejiminin dəyişməz olaraq qaldığı, Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli əhaliyə hər bir yardım göstərməyə hazır olduğu bildirilib. Bununla yanaşı, özlərini yerli ermənilərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin, bununla “humanitar fəlakət” mövcud olduğu təəssüratı yaratmasının qarşısının alınması üçün səylərin vacib olduğu diqqətə çatdırılıb.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
