Nida Xəbər
Xəzərin adını dəyişdirməyi təklif edən iranlı professora REAKSİYA
"Erməni və fars şovinistlərini birləşdirən ortaq xüsusiyyətlərdən biri də çoğrafi və tarixi adları qondarma adlarla dəyişdirmək cəhdləridir. Fars şovinistləri müstəqil Azərbaycanın varlığını həzm edə bilmədiklərinə görə, bir ara ölkəmizi “Bakı dövləti” deyərək adlandırırdılar. İndi də Xəzərin adını dəyişdirməyə cəhd edirlər".
Publika.az xəbər verir ki, bunu bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Tehran Universitetinin professoru Həsən Fazili yerli televiziya kanallarından birində çıxışı zamanı Xəzər dənizinin adını bəyənmədiyini açıqlayıb və insanlardan “Xəzər” sözünü işlətməməyi tələb edib.
"O, bunu belə “əsaslandırıb” ki, dənizə “Xəzər” adını guya yəhudilər verib. İranlı professor ölkəsindəki digər şovinistlər kimi Xəzəri “Mazandaran gölü” adlandırmağı təklif edib. Ölkələrinin bu qədər problemi var, Prezidentləri Məsud Pezeşkian ağır geosiyasi vəziyyətdən çıxış edərək deyir ki, qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq lazımdır, ancaq yaxşı münasibət qurmağa çalışdıqları Azərbaycana yenə dil uzadırlar. Görəsən biz də İran əvəzinə “Persiya” və ya “Səfəvi dövləti” terminindən istifadə etsək, bu fars şovinistlərini susmağa vadar edərmi?", - deyə E.Şahinoğlu sözlərini yekunlaşdırıb.
-
İdman10:18"Real"ın oyunundan əvvəl insident: Görün çılpaq azarkeş nə etdi - VİDEO
-
ABŞ10:06Trampdan İrana sensasion mesaj: Başlayın, çoxlu pul gələcək, yanınızda olacağıq
-
Dünya09:36Tramp "Tam qələbə" xəbərini çatdırdı
-
Nida Xəbər 09:27XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama
-
Səhiyyə07:47Melatoninin nəzarətsiz istifadəsi ilə bağlı XƏBƏRDARLIQ
-
Ekologiya07:17Bu gün 23 dərəcə isti olacaq
-
Magazin106:16"Uzak şehir"ə vida edəcəklər - FOTO
-
Yaxın Şərq05:45İsrail atəşkəs rejiminə əməl edəcək?









.jpg)


























