Nida Xəbər
"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açıldı - FOTOLAR

13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin zəngin proqramı var.
Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərginin açılışı olub.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, iki ölkənin mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafından danışıblar. Türkmənistan Mədəniyyəti Günlərinin iki ölkə arasında mədəni münasibətlərin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgidə türkmən xalqının kişi və qadın milli geyimləri, xalça, palaz kimi toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri təqdim olunur.
Ekspozisiyada həmçinin qardaş xalqın tarixi şəxsiyyətlərinin, eləcə də qədim mədəniyyət abidələri və müasir inkişafını əks etdirən fotolar nümayiş etdirilir.
-
Dünya13:00
Trampdan sirli açıqlama: Avropada bəyənmədiyi liderlər kimlərdir?
-
Dünya11:53
Ərdoğanın Meloniyə siqaretlə bağlı tövsiyəsi dünya mətbuatını silkələdi
-
Rəsmi xronika11:13
İlham Əliyev Misir səfərindən paylaşım etdi
-
Nida Xəbər 10:46
Əli Əsədov əmr imzaladı
-
Dünya10:20
Bu ölkədə böhran: Prezidentin hara qaçdığı bəlli oldu
-
Hadisə10:03
Bakıda dövlət qurumunun əməkdaşları döyüldü - VİDEO
-
Hadisə09:12
Nişandan qayıdarkən qəzada ölən ANAMA əməkdaşının - FOTOSU
-
Nəqliyyat08:10
Bakıda 15 istiqamətdə tıxac var - SİYAHI