Nida Xəbər
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşdü - Foto
Fevralın 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri, COP32-nin müəyyən olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb.
Publika.az xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29 çərçivəsində təşkilati-logistika, substantiv və kommunikasiya sahəsində həyata keçirilmiş işlərə toxunub, həmçinin COP29-da bir sıra tarixi qərarların qəbul edildiyini bildirib.
Gedion Timotevos Hessebon Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini, zəngin irs yaratdığını qeyd edib. Nazir Efiopiyanın Azərbaycanla COP32 çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib və ölkəmizin bu istiqamətdə Efiopiyaya təşkilati-logistika və substantiv dəstəyini yüksək qiymətləndirib.
Görüşdə Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış “BMT-nin İqlim Konfransının 32-ci sessiyasının (COP32) təşkili ilə bağlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb.
Həmçinin 2026-cı ildə ölkəmizdə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar fikir mübadiləsi aparılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi




































