Nida Xəbər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun III Şura toplantısı keçirildi
Fevralın 27-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) III Şura toplantısı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə TMİF-ə üzv dövlətlərin mədəniyyət nazirləri, nazir müavinləri, Türkdilli ölkələrin beynəlxalq təşkilatlarının rəhbərləri, diplomatik korpus və media nümayəndələri iştirak edib.
Şurada ölkəmizi mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Toplantıdan əvvəl TMİF-in sərgisi təşkil olunub və burada Fond tərəfindən nəşr olunmuş kitablar, tamamlanmış bərpa işlərindən ibarət fotosərgi nümayiş etdirilib.
Sonra Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri cənab Mirbek Mambetaliev moderatorluğu ilə TMİF-in növbəti Şura iclası işə başlayıb.
Toplantıda çıxış edən fondun prezidenti Aktotı Raimkulova təşkilatın ötənilki fəaliyyətindən danışıb, 135-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Fondun rəhbəri qarşıda duran strateji hədəflərin əhəmiyyətini diqqətə çatdırıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə çıxışında fondun həyata keçirdiyi təşəbbüslərin türk xalqları arasında mədəni əməkdaşlığın genişlənməsinə və ortaq irsin qorunmasına mühüm töhfə verdiyini qeyd edib.
İclasda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın TMİF ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək, ortaq layihələrin türk xalqlarının mədəni inteqrasiyasına, zəngin irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini vurğulayıb
-
Dünya07:35"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...











.jpg)



.png)
















.jpg)


