Nida Xəbər
Ceyhun Bayramov və Baxtiyor Saidov regiondakı gərginliyi müzakirə etdilər
Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı, regionda gərgin təhlükəsizlik vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub. Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub. Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub.
Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı çərçivəsində, həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksəksəviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi










.jpg)




















.jpg)





