Nida Xəbər
“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik edib - FOTO
“Nar” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün xüsusi tədbir təşkil edib. Media nümayəndələri üçün keçirilən incəsənət master-klassında iştirakçılar Azərbaycanın yerli brendinin təcrübəli təlimçilərinin dəstəyi ilə öz zövqlərini və fərdi üslublarını əks etdirən yaxalıqlar hazırlayıblar. Yaradıcılıq prosesi iştirakçılar üçün həm estetik təcrübə, həm də ünsiyyət və paylaşım imkanı yaradıb.
Tədbirin əsas məqsədi jurnalistlər üçün ilhamverici və yaradıcı mühit formalaşdırmaq, onları gündəlik iş qayğılarından qısamüddətli uzaqlaşdırmaqla sənətin ilhamverici təsirini hiss etmələrinə şərait yaratmaq olub. “Nar” bu təşəbbüslə xanım media nümayəndələrinin əməyinə və cəmiyyətdəki roluna dəyər verdiyini bir daha nümayiş etdirib.
Qeyd edək ki, mobil operator hər il bayram ərəfəsində xanım jurnalistləri bir araya toplayır və bu özəl günü onlarla birlikdə qeyd etməkdən məmnunluq duyur. Bununla da, medianın inkişafına töhfə verməyə və jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməyə davam edir. "Nar"ın həyata keçirdiyi sosial və maarifləndirici layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular






.jpg)











.jpg)

















