Digər
Səudiyyə Ərəbistanı neftdən imtina edəcək: 2040-cı ildə
Səudiyyə Ərəbistanı 2040-cı ildə neftdən imtina edəcəyini açıqlayıb. Bunu ölkənin neft naziri Ali al-Naimi “Financial Times” qəzetinə müsahibəsində deyib.
Publika.az “Caspian Barel”ə istinadən bildirir ki, krallıq karbohidrogen deyil, elektrik enerjisi ixracı ilə məşğul olacaq.
Ali al-Naimi həmçinin qeyd edib ki, indi planetimizdə milyarddan çox insan elektriksiz yaşayır, buna görə mədən yanacağına tələbat əhəmiyyətli dərəcədə qalacaq.
Nazirin fikrincə, neftin qiymətinin düşməsi günəş elektrik stansiyalarını gəlirsiz sahəyə çevirmir. O inanır ki, günəş enerjisindən istifadə iqtisadi cəhətdən neft və qaz hasil etməkdən daha sərfəli olacaq.
Səudiyyə Ərəbistanı karbohidrogen çıxarılmasından asılılığı azaltmaq istəyini ilk dəfə 2012-ci ildə açıqlayıb. Krallığın planlarına 2032-ci ilə günəş stansiyalarının hesabına enerji istehsal etmək daxildir. Ölkə həmçinin atom və külək energetikasına ümid edir.
Səudiyyə Ərəbistanı neft ehtiyatlarına görə dünyada birinci yeri tutur. Bu ölkənin neft ehtiyatı 260,2 milyard barel təşkil edir ki (planetin ümumi neft ehtiyatının dörddə biri). 2015-ci ilin aprelində krallıq 10,3 milyon barel neft hasil etməklə on ilin ən yüksək rekorduna nail olub.
İqtisadiyyat şöbəsi
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?







.jpg)














.jpg)












