Paranormal
NASA-nın insanlardan gizlətdiyi GERÇƏKLƏR: Marsda əslində hansı canlılar yaşayır? - - FOTOLAR
Milli Aeronavtika və Kosmos İdarəsinin illərdir ki, araşdırdığı Mars planetindən çəkdiyi fotolar sosial mediada geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, son illərdə kosmik araşdırmaların kəskin şəkildə artması 7-dən 70-ə hər kəsin bu sahəyə olan marağını artırıb.
Marsdan tez-tez Yerə görüntülər göndərən “Curiosity” gəmisinin çəkdiyi görüntülər isə bir çoxlarını vahiməyə salır.
Son olaraq göndərilən fotolardan birində “yadplanetli döyüşçü” silueti görünür. NASA-nın bu məsələ ilə bağlı heç bir fikri yoxdur. Ancaq görüntünü izləyən Uçan Naməlum Obyekt “fanatları” öz versiyalarını irəli sürməkdə davam edir.

NASA-nın qeydə aldığı digər bir görüntü isə böyük həyəcan yaradıb. Fotoda Marsın səthində böyük ölçüdə qaşıq görünür. Bu görüntü hətta Marsda daha əvvəl yaşayışın sübutu kimi göstərilir. Bununla yanaşı, “Qırmızı Planet”in səthində aşkar edilən üzük və əlcəklər də bu iddianı gücləndirir.


“Curiosity” tərəfindən ötən həftə göndərilən və “Youtube”a yüklənən görüntülərdə kərpic divarın qalıqlarına rast gəlinir. Təbii ki, bu görüntülərin saxta olduğunu iddia edənlərin sayı da az deyil.

“Curiosity” “Mount Sharp” bölgəsində hərəkət edən zaman qəribə meteorit kəşf edib. Normal bir meteoritdən daha kiçik olan bu cisim tamamilə nikel və dəmirdən ibarətdir.


Arizona Ştatı Universitetinin araşdırmaçıları meteorit üzərində analizlər aparır. Onun Marsa yaxın olan Asteroid Qurşağından gəldiyi ehtimal edilir. Səth qisminin başqa meteoritlərə nisbətən daha hamar və qüsursuz olması diqqət çəkir.
“Curiosity”nin çəkdiyi fotolardan birinə yaxından baxdıqda daha çox tropik bölgədə yaşayan iquanaya bənzər cisim görünür. Elm adamları bunun bir qaya parçası olduğunu desələr də, fotonu görənlər NASA-nın insanlardan gerçəkləri gizlətdiyini iddia edirlər.

Bu obyektin isə timsah görüntüsündən bir fərqi yoxdur.

İnsan silueti…

Üzlər…

Ürəklər…

Marsın səthində gözlərə, buruna, üst çənəyə və bir kəllə sümüyünə malikmiş kimi dayanan qəribə fiqurlu qayaya belə rast gəlinir.

-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO

































.jpg)

