Layihələr
"Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsi başladı - FOTO
Azərbaycan Diasporuna Dəstək Fondu "Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsinə start verib.
Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə xarici ölkələrdə “Qarabağ məktəbləri”nin qurulmasına başlanıb. Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində həftəsonu məktəbləri artıq fəaliyyət göstərir.
Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, ölkəmizlə bağlı həqiqətləri də onlara indidən aşılamaqdır ki, gələcəkdə milli kimliyini qoruyub saxlasınlar, onu təbliğ edə, xalqımızın və dövlətimizin maraqlarını müdafiə edə bilsinlər.
Azərbaycan Diasporuna Dəstək Fondunun “Qardaşlaşmış Qarabağ Məktəbləri” adlı yeni layihəsi iyulun 18-dən 24-dək davam edəcək.
Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən "Qarabağ" həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları bir həftə boyunca Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində yerləşəcəklər.
Layihədə İsveçrədən 10 şagird və 2 təlimçi, yerli məktəblərdən 14 şagird və 2 təlimçi iştirak edir. Burada onlara daimi kommunikasiya və şəbəkələşmə ilə yanaşı, Azərbaycan dili təlimləri keçirilir. Layihənin növbəti mərhələsində isə yerli şagirdlərin İsveçrəyə səfəri təşkil ediləcək.
Qeyd edək ki, layihənin həyata keçirilməsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ən önəmli tərəfdaşlardan biridir.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur











_(1).png)
























.jpg)
.jpg)

