Qarabağ
Bu, Prezidentin dinimizə, mənəviyyatımıza verdiyi qiymətin təzahürüdür - Hacı Şahin
“Prezident, Ali Baş Komandan İlham Əliyev ilk dəfə deyil ki, məscidləri ziyarət edir. Ölkə başçısının və Birinci vitse-prezidentin məscid və ziyarətgahları ziyarət etməsinin dəfələlərlə şahidi olmuşuq. Amma Ağdam Cümə məscidinin ziyarət olunmasının özünəməxsusluğu var”.
Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
O bildirib ki, Ağdam şəhər Cümə məscidi uzun illərdir ki, erməni əsarətində idi və onlar məscidə qarşı təhqiramiz hərəkətlərə yol vermişdilər: “Məscid yarıuçulu vəziyyətdə idi. Azərbaycan xalqının təsəvvüründə Ağdam həmin məscidlə simvolizə edilib. Biz orada ibadət etməyi özümüzçün əlçatmaz arzu olaraq görürdük. Dövlət başçısının Ağdama səfəri zamanı məscidə getməsi, sayğılı davranış nümayiş etdirməsi çox sevindirici və gözlənilən haldır. Baxmayaraq ki, məscid hələ tam döşənməyib, təmir-abadlıq işləri aparılmayıb, ancaq ölkə başçısı və xanımının ayaqqabılarını soyunması, məscidin divarlarını öpməsi, Məkkədən gətirilən “Quran”ın hədiyyə edilməsi Prezidentin dinimizə, mənəviyyatımıza verdiyi qiymətin təzahürüdür”.
Ş.Həsənli qeyd edib ki, bu, eyni zamanda dəyərlərimizə bağlılığın nümayişidir: “Ona görə də bu, sevindirici haldır. Bu hal onu göstərir ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda bütün məscidləri dövlət hesabına bərpa edəcək və orada insanlar yenidən ibadət edəcəklər. Bütün bu proses də dövlətin himayəsi ilə həyata keçəcək. Azərbaycanın Ali Baş Komandanı dünyaya bir daha nümunə göstərdi, dinə, dəyərlərimizə sayğı nümayiş etdirdi. Təkcə İslam dininə yox, bütün dinlərə qarşı hörmətini ifadə etdi. Çünki işğaldan azad olunan ərazilərdə həm də xristian məbədləri təmin ediləcək və dövlət qayğısı ilə əhatə olunacaq. Yəni bütün bunlar olduqca sevindirici haldır. Çünki biz təkcə torpaqlarımızı deyil, dəyərlərimizi, məscidlərimizi, tarixi-mədəni abidələrimizi də işğaldan azad etdik. Bu, Azərbaycanın dini-mədəni irsinin dirçəldilməsi prosesidir. Ona görə də hesab edirəm ki, bütün bu səfərlər tarixi anlardır və ölkəmiz üçün əlamətdardır. Gələcəkdə də bu, xüsusi olaraq xatırlanacaq”.
Akqabay Mıradov
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu



























