Qarabağ
Atama deyin, oğlun kişi kimi şəhid oldu - FOTO
Başlığa çıxardığımız bu sözlər 22 yaşlı Orxan Şirinovun son sözləri olub.
Kult.az xəbər verir ki, Orxan Elxan oğlu Şirinov 14 sentyabr 1998-ci ildə İmişlidə, Bəhrəmtəpə qəsəbəsində anadan olub. Ailənin üçüncü uşağı və tək oğlu olaraq dünyaya gəlib.
2015-ci ildə Bəhrəmtəpə qəsəbəsi Şəhid Rəhim Alışov adına tam orta məktəbdə təhsil alıb və 2016-cı ildə hərbi xidmətə çağırılıb, xidmətini Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerinə yetirib.
Şəhidin bibisi Sənubər xanım danışır ki, Orxan ailənin sonbeşiyi idi, bu səbəbdən bütün ailənin və bütün qohumların sevimlisi olub. Şən, gülərüz, həm də mülayim bir gənc olduğu üçün dostları arasında da hər zaman çox sevilib.
İkinci Qarabağ müharibəsi başladığı zaman Orxan üç ay idi ki, nişanlanmışdı. Ali Baş Komandanın qismən səfərbərlik elanından sonra 29 sentyabr tarixində hərbi komissarlığa gedərək, cəbhəyə yollanıb. Eyni gün orta məktəbdə eyni sinifdə oxuduğu və çox yaxın dostu olan Elgün Əli oğlu Alışov da Orxanla bərabər cəbhəyə yollanıb. Elgün anasının tək övladı, atasız bir gənc olmasına baxmayaraq, cəbhədən yayınmayıb.
Orxan ilk olaraq Füzuli rayonu uğrunda döyüşə qatılıb. Məsuliyyətində olan pulemyot silahını qısa zamanda böyük diqqətlə istifadə etdiyi üçün “Pulemyotun canavarı”, “PK-Orxan” ləqəblərini qazanır.
21 oktyabrdan sonra ailəsi Orxandan nə bir zəng, nə bir xəbər alır.
Komandirinin sonradan dediyinə görə, həmin ərəfədə gecə saatlarında Qubadlı rayonu uğrunda amansız bir döyüş başlayır. Orxanın birliyində pulemyot silahının mərmilərini daşıyan əsgərimiz yara alır.
Komandirinin “Şirinov, silahının başına keç” əmri ilə Orxan silahının mərmilərini də özü daşıyaraq, döyüşür.
O döyüşdə Orxan sinəsindən aldığı yarayla şəhidlik zirvəsinə ucalır.
Komandiri də yaralanır, Orxanın son sözlərini də ailəsinə komandiri çatdırıb:
“Komandir, atama deyin, oğlun kişi kimi şəhid oldu”.
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək








.jpg)

.png)
















.jpg)
.jpg)






