Qarabağ
Ekoloq: “Azad olunan ərazilərdə su potensialı qiymətləndirilməlidir”
“İşğaldan azad olunan torpaqlarımızdakı su ehtiyatları çox böyük əraziləri əhatə edir. Burada ilk məsələ mövcud potensialın qiymətləndirilməsidir. Biz bilməliyik ki, həmin ərazilərdə nə qədər su potensialımız var. Bu su potensialı müxtəlif məqsədlər – suvarma, energetika və sair məramlar üçün qiymətləndirilməlidir”.
Bunu Publika.az-a açıqlamasında ekoloq Müslüm Qurbanov işğaldan azad olunan ərazilərimizdəki su hövzələrinin mövcud potensialından danışarkən deyib. Ölkə Prezidentinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərdən gəldiyi qənaəti dilə gətirən ekspert hesab edir ki, artıq enerji anlayışında yeni istiqamət yaranıb, bu, alternativ enerjidir:
“Bu da göllərin və yaxud su anbarlarının üzərində üzən günəş elektrik stansiyalarının qurulmasıdır. Bu potensial da qiymətləndirilib, dəyərləndirilməlidir. Yəni, su ehtiyatlarının potensialı ilə yanaşı, su hövzələrində enerji potensialı da dəqiq şəkildə qiymətləndirilməlidir. Eləcə də həmin su hövzələrində kiçik su elektrik stansiyalarının yaradılması məsələsi gündəmdə saxlanılmalıdır”.
Ekoloqun fikrincə, qarşıda bizi çox böyük məsələlər gözləyir: “Məsələ o qədər də kiçik deyil. Həm ərazi, həm də potensial böyükdür. Artıq bəzi nöqsanlar da üzə çıxıb, qanunsuz birləşdirmələr, suyun uçotunun olmaması buna misal ola bilər. Bu, işğal dövründə yaranan problemlərdir. Suyun nəzərdə tutulan məqsədlər üçün istifadəsi həyata keçirildikdən sonra suvarma sisteminin effektivliyi artacaq. Hamıya aydındır ki, Azərbaycanda su ehtiyatları nöqteyi-nəzərdən müəyyən dərəcədə qıtlıq yaşanmaqdadır. Bu su ehtiyatlarından kənd təsərrüfatı suvarma sistemlərində istifadə etmək məsələsi ön plandadır”.
Müslüm Qurbanovun sözlərinə görə, müəyyən ərazilərdə susuzluqdan səhralaşma prosesi baş verir. O deyib ki, işğaldan azad olunan ərazilərimizdəki su ehtiyatları ilə bunun qarşısını almağa çalışmaq lazımdır:
“Həmin su ehtiyatlarından optimal istifadə nəticəsində səhralaşmanın miqyası azalacaq. Həm torpaqdan istifadə, həm kənd təsərrüfatı məhsullarının artması, həm də energetikanın inkişafı məsələləri baxımından işğaldan azad edilən ərazilərimizdəki su hövzələri böyük önəm kəsb edir. Burada ənənəvi və yeni enerji mənbələri qurula bilər. Amma buraya çox böyük vəsait qoymaq lazımdır. Bu, bir-iki günün işi deyil. Kiçik su elektrik stansiyalarını ermənilər əraziləri tərk edərkən yararsız hala salıblar. İndi onların təmirinə böyük ehtiyac var. Cənab Prezidentin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərdən belə başa düşdüm ki, bütün işlər mərhələli şəkildə həll olunacaq”.
Tural Turan
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi










.jpg)

























