Qarabağ
Prezidentin bu addımı xalqımızı sevindirir - Deputat
"Ölkə başçısının Şuşada, Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırması xalqımızın 28 il həsrətlə gözlədiyi tarixi hadisədir. Ermənilərin baş naziri torpaqlarımızı işğal altında saxladığı zaman Cıdır düzündə içib təlxəklik edirdisə, cənab Prezidentimiz isə qalib Ali Baş Komandan olaraq Şuşaya səfər edərək Cıdır düzündə xalqımızın əsrlər boyu yaşatdığı milli bayramımız olan Novruzun tonqalını yandırır. Ölkə başçımızın öz ailəsi ilə milli bayramımız ərəfəsində Şuşada olması və oradan bayram təbriki ilə müraciət etməsi xalqımızı sevindirir və qürurvericidir".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov ölkə başçısı İlham Əliyevin Şuşaya səfəri barədə danışarkən deyib. Millət vəkili bildirib ki, bu, Azərbaycanın müstəqillik tarixində hər birimizin arzusu olub və hər il bayramlar ərəfəsində deyirdik ki, gələn il bayramımızı Şuşada qeyd edəcəyik:
"Cənab Prezidentin qeyd etdiyi kimi, Allah xalqımızın ədalətli səsini eşitdi və torpaqlarımızı azad etməyimizə imkan yaratdı. Təbii ki, qələbə əldə etməyimiz asan olmayıb. Son 17 il ərzində dövlətimiz bütün gücünü bu istiqamətə yönəltmişdi. Ölkə iqtisadiyyatını inkişaf etdirdik, ordumuzu müasirləşdirərək gücləndirdik. Vətəni sevən və torpaq uğrunda canından keçməyə hazır olan gənc nəsli tərbiyə etdik. Dünyaya haqq səsimizi, ədalətli mövqeyimizi çatdırdıq və nəyin bahasına olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyimizi deyirdik. Şuşanı, Qarabağımızı müzəffər ordumuzun əsgərlərinin qanı hesabına və min əzab-əziyyətlə azad etmişik".

A.Badamov qeyd edib ki, torpaqlarımızda ermənilərin tarixi saxtalaşdırmasının qarşısını almışıq: "İgid əsgərlərimiz Şuşaya qədər dağları, dərələri, meşələri aşaraq bıçaqla, süngüylə torpaqlarımızı azad edib. Azərbaycan əsgəri qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadirdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! Artıq Qarabağ azaddır, Şuşa azaddır. Biz Şuşada və bütün azad olunmuş ərazilərimizdə bayram tonqallarını qalayırıq, sürətli quruculuq və abadlıq işlərini həyata keçiririk. Şuşamızın və digər azad olunmuş ərazilərimizin əsil tarixini özünə qaytaracağıq. Bütün tarixi, dini, mədəni və milli abidələrimizi bərpa edəcəyik. Bizə vurduğu ziyanı ermənilərə ödətdirəcəyik".
Deputat vurğulayıb ki, ermənilər beynəlxalq məhkəmələrdə bütün cinayətkar əməllərinə görə cavab verəcəklər:
"Biz onlara başa salacağıq ki, başqa xalqın malında və dövlətində gözü olanda hansı bəlalarla qarşılaşacaqlar. Ermənistanda yaşanan xaos və hakimiyyətsizlik də Allahın onlara törətdikləri cinayətlərə və xainliklərə görə verdiyi bəladır.
Bu gün azad olunmuş ərazilərimiz də xalqımız kimi sərbəst nəfəs alır, sevinir. Şuşaya oranın əsil sahibləri qayıdıb. Yaxın müddətdə Şuşamızı dünyanın ən gözəl şəhərinə çevirəcəyik. Ermənilər görəcəklər ki, əsil sahibləri qayıdanda torpaqlar necə sevinir və həyat necə parlayır".
Tural Turan
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı



















.jpg)











.jpg)



.jpg)

