Qarabağ
Azərbaycanlılar qəhrəman xalqdır - Jalə Əliyeva
“Biz 30 illik haqlı mübarizəmizi və bu illər ərzində Azərbaycan xalqına, dövlətinə qarşı həyata keçirilən ədalətsiz siyasəti heç bir zaman unutmayacağıq. İstər qonşu Ermənistan, istərsə də onun havadarları və onları dəstəkləyən təşkilatlar tərəfindən bizə qarşı sərgilənən ədalətsiz mövqeni unutmaq olmaz. Ancaq biz Laçının işğal tarixini ağrı-acılarımızın, qaysaqlanan yaralarımızın bağlandığı zamanda qarşılayırıq”.
Bunu Publika.az-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Millət vəkili bildirib ki, biz artıq rayonlarımızın işğal tarixlərini 44 gün ərzində şanlı və əzmli müharibə apararaq zəfər çalmış ölkənin xalqı və ordusu olaraq qarşılayırıq: “Bu günlərimizi, ötən illərimizi unutmuruq, heç bir zaman da unutmayacağıq. Ancaq əvvəlki illərdən fərqli olaraq, hər il nisgil, kədər hissi, itirilmiş torpaqların acısı ilə Laçının işğal gününü qeyd edirdiksə, builki tarix çox fərqli bir zamanda, ortamda qarşılanır. Bu da qalib xalqın və qalib ölkənin öz torpaqları uğrunda apardığı mübarizədən sonra əldə edilən qələbənin sevinci ilə qarşılanan bir təqvim günüdür.
Hazırda işğaldan azad olunan torpaqlarımızda böyük bərpa və quruculuq işləri aparılır. Biz bu günlərin sevincini yaşayırıq. Bu sevinci bizə yaşadan ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında minnət borcumuz var, baş əyirik qarşılarında! Qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirik. Bütün vətəndaşlarımız qəhrəmandır. Azərbaycanlılar qəhrəman xalqdır. Xalqımızın gözü aydın olsun”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

















.jpg)
.jpg)





