Qarabağ
İşğaldan azad olunan ərazilər böyük sənaye potensialına malikdir - Millət vəkili
Hələ sovetlər dönəmində işğaldan azad olunan torpaqlarımız Azərbaycan iqtisadiyyatında mühüm rol oynayırdı. Həmin ərazilərdə ölkəmizin iqtisadi potensialı böyükdür. İstər kənd təsərrüfatı, istər sənaye, istərsə də, turizm baxımdan iqtisadi ehtiyatlarımız mövcuddur. İşğaldan azad olunduqdan az bir müddət sonra o ərazilərin bərpa olunması və iqtiadi fəallığın artırılması istiqamətində mühüm addımlar atılıb. Bu addımların ən başlıca istiqaməti həmin ərazilərə kompleks şəkildə yanaşma, iqtisadi potensialının artırılması və bütövlükdə buradakı resursların çox dərin öyrənilməsidir.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, artıq bununla bağlı dövlət proqramı mövcuddur.
Ağdam və Şuşa şəhərlərinin baş planının təsdiq olunduğunu deyən millət vəkili görülən işləri təsvir edib:
“Qarabağın Dirçəliş Fondu, digər tərəfdən dövlət proqramı, eyni zamanda yeni idarəetmə institutu da formalaşdı. Həmin ərazilərdə prezidentin səlahiyyətli nümayəndələri təyin olundu. Şuşanın özündə ayrıca bir dövlət qoruğu yaradıldı. Bu isə həmin ərazilərdə işlərin operativ və intensiv idarə olunmasını səciyyələndirən mühüm addımlardan biri idi. Digər tərəfdən bu işlərin həyata keçirilməsi üçün maliyyə qaynaqları və maliyyə mənbələri önəmli idi. 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutuldu ki, həmin ərazilərdə işlər həyata keçirilsin.
Görülən mühüm işlərdən biri yolun çəkilişi idi. İqtisadiyyatın inkişaf etdirilməsi üçün soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması üçün əlbəttə ki, orda ən birinci təhlküləsiz tədbirlərini həyata keçirilməli idik. Odur ki, yol infrastrukturunu yaxşılaşdırmaq labüd idi. Məlumdur ki, Füzuli-Şuşa yolu birinci çəkildi. Sonra isə Ömər aşırımından keçməklə Kəlbəcər yolu çəkilmək üzrədir.
Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də görülən işlərin mühüm tərkib hissəsidir. Həm avtonəqliyyat magistrallarının çəkilməsi, həm də hava limanının inşa olunması iqtisadi fəallığın artmasını gələcəkdə daha da yaxşılaşdıracaq.
Digər tərəfdən hər birimizə məlumdur ki, Zəngilanda "ağıllı kənd" layihəsi, Ağdam şəhərinin yenidən salınması istiqamətində işlər davam etdirilir. Ərazilərin enerji təchizatı ilə təmin olunması da görülən işlər sırasında mühüm yeri tutur”.
Millət vəkili qeyd edib ki, azad olunan ərazilər böyük sənaye potensialına malikdir: “Ən başlıcası Zəngilan, Kəlbəcərdəki qızıl yataqlarıdır. Kənd təsərrüfatı, əkinçilik və maldarlıqla bağlı sahələri xüsusi qeyd etməliyik. Tikinti sektorunun inkişaf etdirilməsi baxımında da orda böyük ehiyatlarımız var. Burda görülən işlər sürətlə həyata keçirilir. Ümumiyyətlə, sakinlərimizin dədə-baba yurdlarında köçməsi və azad-firavan yaşaması üçün bütün tədbirlər sürətlə həyata keçirilir. Bərpa və yenidənqurma proseslərində Türkiyə, İtaliya, Çin və digər ölkələrin şirkətləri də iştirak edir”.
Aytən Məftun
-
Rəsmi xronika16:41Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişdi
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır














.jpg)




.jpg)














.jpg)

.jpg)
