Qarabağ
Həkəri çayının strateji əhəmiyyəti
Azərbaycan Respublikasını dünya miqyasında müqayisə etdikdə şirin su ehtiyatının kiçik bir hissəsi sərhəd ölkələrinin hesabına formalaşır və Azərbaycan yuxarı axındakı ölkələrdən daxil olan sulardan ciddi şəkildə asılıdır. Torpaqlarımızın 20 faizi, o cümlədən Sərsəng su anbarı və digər şirin su ehtiyatları Ermənistan tərəfindən zəbt edilmişdi. Ermənistan bu sulardan istifadə edərək işğal etdiyi bəzi ərazilərimizdə kənd təsərrüfatını inkişaf etdirmişdi. İş o yerə çatmışdı ki, Ermənistanın taxıl ehtiyatının təxminən 50 faizini işğal olunmuş Azərbaycan torpaqları ödəyirdi. Sözsüz ki, bu, işğal olunmuş ərazilərdə olan şirin su ehtiyatlarının hesabına baş verirdi.
Bu sözləri Publika.az-a açıqlamasında biologiya elmləri doktoru, ekoloq Rauf Sultanov deyib. Ekoloq qeyd edib ki, Həkəri çayının erməni işğalçılarından azad olunması olduqca əlamətdar hadisədir:

“Kənd təsərrüfatının inkişaf etdirilməsində Həkəri çayı əlbəttə ki, müstəsna rol oynayır. Su və torpaq kənd təsərrüfatı üçün ən vacib məsələlərdən biridir. Azərbaycanda 30% torpaqlar şoranlaşıb, deqradasiyaya uğrayıb, xüsusilə Aran rayonlarında.
Azərbaycanın ən münbit torpaqları Qarabağ və ətraf rayonlardır, demək olar ki, subtropik zona adlandırmaq olar. Ona görə ki, Qubadlı və ona yaxın olan digər ərazilərdə yağan yağışın miqdarı qat-qat çoxdur. Dəmyə taxılçılığının inkişaf etdirilməsində böyük rolu var. Həkəri çayı kənd üzümçülüyü və tütünçülüyünün, o cümlədən heyvandarlığın inkişaf etdirilməsində və yem bitkilərinin əkilib istifadə edilməsində müstəsna rola malikdir”.
Rauf Sultanov bildirib ki, Həkəri çayı Qubadlıya köçəcək insanların şirin suya olan tələbatını ödəyəcək:
“Onun üzərində tikilən su elektrik stansiyaları rayonun iqtisadi yüksəlişinə təkan verəcək. Təkcə Həkəri çayı deyil, onun qolları da sənaye və məişətlə əlaqədar olan su tələbatının ödənilməsində xüsusi əhəmiyyətə malikdir”.
Aytən Məftun
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi










.jpg)

























