Qarabağ
Savaşın 31-ci günü: Ermənistan Milli Təhlükəsizlik Xidmətinə BÖYÜK ZƏRBƏ
Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:
27 oktyabr 2020-ci il. Müharibənin 31-ci günü...
Saat - 07:48 - Düşmən darmadağın edildi, qərargah rəisi öldürüldü
Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci il oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutdu. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam etdi. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturduldu. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edildi. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var idi.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edildi.
Saat - 09:17 - Ermənilər Talış və Suqovuşanda "Euronews"un çəkiliş qrupunu atəşə tutdu
Saat - 12:53 - Tərtər şəhəri və rayonun kəndləri atəşə tutuldu
Saat - 17:57 - Kənardan kömək olmasa, Ermənistan bircə gün də dayana bilməzdi - Prezident
Saat - 15:12 - Ordumuzdan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə BÖYÜK ZƏRBƏ
Ötən ilin bu günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının 40-a yaxın hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildi, 4 nəfər itkin düşdü, 243 nəfər isə yaralandı.
Saat - 16:07 - Hikmət Hacıyev "Əl-Cəzirə" kanalına müsahibə verdi
Saat - 17:37 - Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı
"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi amansızca pozaraq Azərbaycanın Bərdə rayonundakı dinc əhaliyə raketlərlə hücum edib". Ötən ilin bu günü bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazdı. "Bu dəhşətli hücum nəticəsində üç mülki şəxs həlak olub, on dinc sakin isə yaralanıb. Ermənistanın hərbi cinayətlərinə son qoyulmalıdır", - H.Hacıyev qeyd etdi.
Saat - 17:35 - Goranboy, Tərtər və Bərdə atəşə tutuldu
Saat - 19:12 - Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 ev dağıldı, 4 nəfər həlak oldu
Ötən ilin bu günü Fövqəladə Hallar Nazirliyi məlumat yayaraq bildirdi ki, həmin gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edildi. Düşmən tərəfinin atəşləri nəticəsində 13 mülki şəxs xəsarət aldı, 4 nəfər həlak oldu.
Saat - 19:24 - XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı MƏLUMAT YAYDI
Saat - 19:30 - Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirildi
Saat - 19:41 - Hikmət Hacıyev: "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"

Saat - 23:49 - Mehriban Əliyevadan erməni terroru ilə bağlı paylaşım
View this post on Instagram
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu






































.jpg)









