Qarabağ
Qazilərdən Şuşa etirafları: Xankəndi yaxınlığında...
Bu gün Azərbaycan tarixinin ən müqəddəs günlərindən biridir. Xalqımız 1 il əvvəlki Şuşa zəfərinin ildönümünü qeyd edir. Eyni zamanda bu gün 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərin də ildönümüdür.
Publika.az-ın əməkdaşlarının verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq "Azneft" dairəsindən Hərbi Qənimətlər Parkına qədər minlərlə insan zəfər yürüşü gerçəkləşdirib. Sadə vətəndaşlarla yanaşı, qazilərimiz də bu yürüşdə iştirak ediblər.
Vətən müharibəsi qazisi Rövşən Həsənov Şuşa döyüşlərində yaralandığını deyir. O bildirir ki, bir il əvvəl bu gün Şuşada düşmənin atdığı minaatan mərmi ilə yaralansa da, fəxr edir ki, Qarabağın açarı olan Şuşanı azad etmək ona qismət olub: "Noyabrın 2-də biz Daşaltı istiqamətində hücuma başladıq. Ayın 8-i səhər Şuşa şəhəri işğaldan azad olunmuşdu. Daşaltını götürmək bizim üçün çox mühüm idi. Nəhayət, biz 3-4 günlük döyüşlərdən sonra Şuşanı azad etdik. Sonra Xankəndi yaxınlığındakı yüksəkliklər istiqamətində döyüşlər başladı. Biz şəhidlər versək də, düşmənin Şuşaya təkrar hücumlarının qarşısını ala bildik. Mən Şuşa döyüşlərinin iştirakçısı olmaqdan fəxr edirəm".
Zəngilan rayonundan olan qazi Ənvər Mikayılov isə həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O deyir ki, Şuşanın işğaldan azad olunması xəbərini elə şəhər istiqamətində eşidib. Ə.Mikayılov şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir: "Fəxr duyuram ki, biz torpaqlarımızı işğaldan azad etdik. Torpaqlarımızın azad olunması biz döyüşçülər üçün ən gözəl xatirələrdir. Hər qarış uğrunda döyüşdük, yekunda düşməni diz çökdürərək şanlı zəfər qazandıq".
Adının çəkilməsini istəməyən başqa bir qazi isə bildirir ki, Şuşa uğrunda döyüşlər Azərbaycanın hərb tarixinin ən şanlı salnamələrindəndir.
Növbəti həmsöhbətlərimiz isə Vətən müharibəsinin könüllü döyüşçüləridir. Onlar deyirlər ki, Şuşanın azad olunması və bir gün sonra ermənilərin kapitulyasiya aktını imzalaması xəbərini Qubadlıda, adıçəkilən rayonun Çərəli kəndində eşidiblər. Onlar söyləyirlər ki, 44 günlük müharibənin əsas şərtlərindən biri ordumuzun döyüş ruhunun yüksəkliyi, eyni zamanda xalq-ordu-Ali Baş Komandan birliyi idi.
Rahib Ələsgərov, Tural Turan
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla