Qarabağ
Türk dövlətlərinin beyin mərkəzlərinin Şuşaya səfəri başladı
İyulun 3-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb.
Publika.az xəbər veirr ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Şuşada keçiriləcək konfransda Azərbaycanla yanaşı, TDT-nin rəsmiləri və quruma üzv ölkələrinin - Türkiyənin, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
Konfransda əsasən TDT-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı, Qırğızıstan tərəfindən təklif olunmuş Mərkəzi Asiya və Cənubi Qafqaz Regionlararası Platformanın gələcəyi, regiondakı yeni geosiyasi reallıqlar və bunun Türk Dövlətləri Təşkilatına təsiri, quruma üzv olan ölkələri birləşdirən orta dəhlizin rolunun artırılması imkanları, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması və digər mövzular barədə müzakirələr aparılacaq.
Konfrans çərçivəsində qonaqlar üçün Şuşa gəzintisi də təşkil olunacaq.
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov














.jpg)





















