Son təxribatdan sonra ordumuz harda yerləşib? - TƏFƏRRÜAT
Bizi izləyin

Qarabağ

Son təxribatdan sonra ordumuz harda yerləşib? - TƏFƏRRÜAT

“Sentyabrın 12-də başlayan və iki gün davam düşmən təxribatının qarşısını almaq, sərhəd xəttində təhlükəsizliyi təmin etmək üçün Azərbaycan Ordusu Ermənistan silahlılarına qarşı əks-hücum keçirdi. Bu döyüşlər demarkasiya olunmayan ərazidə baş verib”.

Bu barədə Publika.az-a danışan siyasi analitik Məhəmməd Əsədullazadə bildirdi ki, rəsmi Bakı delimitasiya üzrə birgə komissiyanın iclasları il bağlı qarşı tərəfdən konkret addımlar tələb etsə də, bu tələblərə cavab verilmədil və heç bir addım atılmadı:

“Əksinə, ermənilər son hadisələrdə ərazimizdə təxribata əl ataraq üstünlük əldə etmək istədilər. Amma göründüyü kimi, bütün proseslər Ermənistanın əleyhinə işlədi. Rusiya prezidenti Vladimir Putin son açıqlamasında bu döyüşlərin demarkasiya edilməmiş ərazilərdə baş verdiyi bildirdi. Bu fakt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşlikatı və BMT Təhlükəsizlik Şurası tərəfindən də təssdiqləndi. Bununla da Azərbaycan əsgəri Ermənistan ərazisinə keçmədiyi sübut olundu. Amma təəssüf ki, Qərbin qrantları hesabına yaşayan bəzi qruplar hələ də bu iddiadan əl çəkmək istəmirlər. Onlar mütləq şəkildə qanun qarşısında cavab verməlidir”.

Hərbçilərimizin Göyçə ərazisinə daxi olması, ora bayraq sancması ilə bağlı səsləndirilən iddialara toxunan ekspertə göə, Azərbaycanın Kəlbəcər istiqamətində müəyyən ərazilər Göyçə gölü ərazisinin 3-4 kilometrliyinə uzanır və bura Azərbaycanın qanuni əraziləridir:

“Bu səbəbdən əsgərlərimizin Göyçə mahalına keçməsilə bağlı iddiaların heç bir əsası yoxdur. Bunu Rusiya, Türkiyə və bizim mövqeyimizi dəstəkləyən digər dövlətlər, eləcə də BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar da bilir. Son iki ildə baş verən proseslər, hətta son təxribatlar Ermənistanın müstəqil deyil, vassal dövlət olduğunu sübut etdi".

Analitik M.Əsədullazadə Paşinyanın iradəsiz biri olduğuna da diqqəti çəkir:

“Rəsmi Bakı bu illər ərzində dəfələrlə İrəvana sülh gündəliyi təqdim edib, danışıqlar masasına dəvər edib. Brüsselin vasitəçiliyi ilə dörd görüş keçirildi. Bunlara baxmayaraq, İrəvan hələ də sülhdən yayınır, danışıqlarda özünü razılığa gələn kimi göstərsə də, kənara çəkilən kimi aldığı göstərişə uyğun şəkildə sülh prosesini pozur. Çünki, bu ölkə müəyyən qüvvələrin təsiri altındadır. Hətta Nikol Paşinyan nə beynəlxalq arenada, nə də ölkəsi daxilində siyasi iradə göstərə bilir. Buna görə də onunla danışıq aparamağa dəyməz. Azərbaycan Qərbi Zəngəzurda və Göyçə mahalında bufer zona yaratmalı və Zəngəzur dəhlizini açmalıdır. Həm də güc yolu ilə digər problemləri həll etməlidir. Bəlkə bundan sonra İrəvan iqtidarı danışıqlar masasına əyləşər”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm