Qarabağ
“Bağçamın uşaqları” - ANIM
İşə yolum uşaq bağçasının qarşısından keçir. Anasından yaş töküb ayrılan uşaqların yanından ötürəm hər səhər. 2008-ci ildən bəri…
“Bağçamın” böyük uşağı 20 yaşındadır. Ana olanı da var yəqin.
***
Bir vaxt 1988-ci ilin uşaqlarını savaşın yaşıdları sayırdıq. Birinci Qarabağ müharibəsinin bitdiyi 1994-cü ildə o uşaqların 6 yaşı vardı. İllər bir-birini qovdu, 2020-ci il, İkinci Qarabağ müharibəsi gəldi və o uşaqların 50-si şəhid oldu. 32 yaşında.
Daha cavanları var. 1989-cu il təvəllüdlü 89 nəfəri, 1990-cı il təvəllüdlü 97 nəfəri, 1991-ci il təvəllüdlü 115 nəfəri, 1992-ci il təvəllüdlü 142 nəfəri, 1993-cü il təvəllüdlü 163 nəfəri, 1994-cü il təvəllüdlü 185 nəfəri itirdik.
1995-ci ildə doğulmuş 202 nəfər, 1996-cı ildə doğulmuş 250 nəfər, 1997-ci ildə doğulmuş 211 nəfər, 1998-ci ildə doğulmuş 225 nəfər, 1999-cu ildə doğulmuş 190 nəfər can qoydu.
171 şəhid 2000-ci il doğumlu, 326 şəhid 2001-ci il doğumlu, 153 şəhid 2002-ci il doğumludur.
Bitmir bununla. Bu ayın sərhəd savaşında 80 şəhid verdik. Onların 2-si 2004-cü ildə, 16-sı 2003-cü ildə göz açmışdı dünyaya. “Bağçamın uşaqları” – yolumun üstündəki bağçanın qarısından ilk dəfə ötdüyüm 2008-ci ildə 4-5 yaşı olmuş uşaqlar.
Budur savaş. Şəhid babalardan şəhid balalara qalan savaş.
***
1994-cü ildə çox inanırdıq: bu qan 1988-in uşaqlarına qalmaz.
Olmadı.
“Bağçamın” uşaqları gedir indi. 2004-cü ilin uşaqları.
Vətən müharibəsidir…
Hikmət Sabiroğlu
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...

















.jpg)


















