Qarabağ
Bu ölkə də erməni separatçılarını silahlandırır
“Erməni lobbisi ənənəvi olaraq ABŞ-ın separatçılara vəsait ayırmasına nail oldu. 2023-cü ildə minaların təmizlənməsi istiqamətində separatçılara 2 milyon dollar pul ayrılıb. Şübhə yoxdur ki, ayrılan vəsait minaların təmizlənməsinə deyil, əksinə, minaların daha geniş həcmdə istehsalına və basdırılmasına xidmət edəcək. Bu da region üçün böyük təhddidir”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, humanitar yardım adı altında ayrılan ianə və pullar erməni separatçılarının silahlanmasına xidmət edir.
“Bəzi Qeyri Hökümət Təşkilatları var ki, onlar minaların təmizlənməsi fəaliyyəti ilə məşğuldurlar. Məlumata əsasən ABŞ təşkilatları Ermənistanla fəal iş apararaq, birinci Qarabağ müharibəsi dönəmində basdırılan minaları təmizləyiblər. Bu, qəbuledilməz bir yanaşma idi. Çünki birtərəfli qaydada Ermənistana və separatçılara dəstək həyata keçirilirdi".
İ.Hüseynovun sözlərinə görə, erməni lobbisi regionda sülhün təmin olunmasına maneçilik törədir.
“Biz aydın şəkildə gördük ki, 30 illik işğal dövründə Ermənistan üçün ayrılan vəsaitlər mühəndis-istehkam qurğularına, səngərlərin, tunellərin qazılmasına xərcləndi. Lakin buna baxmayaraq biz bu tikilən qurğuları ikinci Qarabağ müharibəsində darmadağın etdik və əzəli torpaqlarımızı işğaldn azad etdik. Əfsuslar olsun ki, Ermənistan tərəfi sülh barədə düşünmür. Bu istiqamətdə hər hansı bir addım atılmasının tərafdarı deyil. Bu da öz növbəsində vətəndaşlarımızın, keçmiş məcburi köçkünlərimizin öz evlərinə qayıtmaq prossesini ləngidir və mənfi təsir göstərir”.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


