Qırmızı.az
Bakıda möhtəşəm "fikir gecəsi"
Camalnur Sarqutun iştirakı ilə keçirilən gecədə bu məşhur təsəvvüf araşdırmaçısının, yazçının "Dinlə" kitabı da Azərbaycan dilində oxuculara təqdim olundu
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəvəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB), "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin təşkilatçılığı ilə Azərbaycana gəlmiş ünlü təsəvvüf araştırmaçısı, yazar Camalnur Sarqutun iştirakı ilə Rəşid Behbudov adına Mahnı Teatrında möhtəşəm gecə keçirilib.
Publika.Az xəbər verir ki, tədbiri açıq elan edən "Miras" sədri Fariz Xəlilli bildirib ki, gecədə Azərbaycanın bir sıra millət vəkilləri, görkəmli elm, mədəniyyət xadimləri, təşkilatçı və dəstəkçi qurumların rəhbərləri, Türkiyədən gəlmiş araşdırmaçılar, habelə ictimaiyyət nümayəndələri, tələbə-gənclər, KİV və QHT təmsilçiləri iştirak edir. F.Xəlilli tədbirin mahiyyəti barədə ətraflı məlumat vermək üçün “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili dr. Qənirə Paşayevanı mikrofona dəvət edib.
Millət vəkili Q.Paşayeva bildirib ki, “Camalnur Sarqut çox dəyərli insandır. Onu dinləmək çox önəmlidir. Təsadüfi deyil ki, onun bu gün təqdimatını keçirdiyimiz kitabının adı da "Dinlə"dir... və bugün biz bu nəcib xanıməfəndini dinləyəcəyik. Tədbirimizin adı "fikir gecəsi" adlanır. çünki Camalnur xanım bir fikir adamı, dini - İslamı sağlam təməllərə dayalı şəkildə öyrənmiş və öyrədən bir təsəvvüf araşdırmaçısı, bir fədakar yazardır.
C. Sarqut ikinci dəfədir ki, Azərbaycandadır. Onun təqdim etdiyi “Dinlə” kitabının məqsədi dinimizin gözəlliyini, ilahiliyini, dərinliyini və genişliyini gənclərə, insanlara çatdırmaqdır. Biz gəncliyimizə səslənirik, əsl islam dinini öyrənsinlər. Bu gün çox ağrılıdır ki, din pərdəsi adı altında gənclərimizi radikalizmə sürükləyənrlər də var, təəsüf ki..!
Azərbaycan Camalnur xanım üçün ikinci bir məmləkətdir. Qeyd etməliyik ki, Azərbaycanda da tarixən çox böyük insanlar təsəvvüfə önəm verib. Bu da təsəvvüf və ümumən ilahiyyat mövzusunu Azərbaycan üçün daim aktual olmasına səbəb olub. Azərbaycanda bu xoşgörünün tarixi də onlarla - ömrünü İslamın sağlam əsaslarla - xurafatdan, fanatizmdən uzaqda tutaraq öyrədən, təliml yaradan işıqlı insanların adı ilə bağlıdır...
Biz Camalnur xanımın kitablarını oxuyarkən ruhən zənginləşirik. Mən “İslam anlayışının nə demək olduğunu böyük dədələrimizdən öyrənmişəm. Bəs təsəvvüf nədən ibarətdir? - Bu dünyada cənnəti axtarmağın və insanın başına gələn bəlaların baiskarı olan nəfsin tərbiyəsi yoludur. Hörmətli Camalnur xanım öz populyar əsərləri, məruzələri, radio-çıxışları ilə insana nəfsin tərbiyəsini öyrədir”.
Q. Paşayeva Camalnur Sarqutu onunla eyni mövzunu işləyənlərdən fərqləndirən və Azərbaycana doğma edən səbəblərə diqqət çəkərək, adı sufizmlə, təsəvvüflə qoşa çəkilən böyük Azərbaycanlı şəxsiyyətlərin həyat və yaradıcığını geniş təhlil edən Camalnur Sarqutun, Şəms Təbriziyə həsr olunmuş araşdırmaların, maraqlı fikirlərin, o cümlədən “Şəms” kitabının yazarı olduğunu qeyd edib.
Gecədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov geniş nitq söyləyərək, ilk növbədə təşkilatçılara və hörmətli araşdırmaçı-yazar Camalnur Sarquta, onunla birgə Azərbaycana təşrif buyurmuş şəxslərə hörmət və ehtiramını ifadə edib.Ənənəvi olaraq tolerantlığı ilə seçilən Azərbaycanda həyata keçirilən çağdaş dövlət din siyasəti, sivilizasiyalar və mədəniyyətlərarası dialoq, habelə müxtəlif humanitar forumlardan söz açan Komitə sədri, bu kimi davamlı tədbirlər sayəsində Azərbaycanın dünyada model ölkə halına gəldiyini vurğulayıb.
Azərbaycan dövlətinin bütün dinlər və təriqətlərdən eyni yaxınlıqda... olduğunu deyən E.İskəndərov, bir Komitə sədri olaraq özünün də, bütün dini təsisatlarla eyni məsafədə olduğunu bildirdi, bununla belə, Türkiyəli təsəvvüf araşdırmaçı-yazarının iştirak etdiyi "fikir gecəs"ində Azərbaycan-Türkiyə mədəni-dini, elmi əlaqələrinin tarixi, ortaq dəyərləri barədə danışmağa ehtiyac duyduğunu bildirərək, irfan dünyası barədə fikirlərini bölüşdü.
Tədbirdə iştirak edən bəzi millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar da belə "fikir gecələri"nin önəmini vurğulayaraq, Şərq filosofları, görkəmli İslam alimləri, özəlliklə qadın tədqiqatçıların, bilginlərin həyat və fəaliyyətlərinə diqqət çəkiblər.
"Fikir gecəsi"nin məruzəçisi Camalnur Sarqut öz sözlərinə Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etməklə başlayaraq, təşkilatçılara minnətdarlığını bildirdi. İslam dəyərləri, Allahın sonuncu elçisinin örnək həyatı, "Allah dostu" kimi tarixə adını yazdırmış böyük övliyaların - Mövlanə Cəlaləddin Rumi, Şəms Təbrizi, Seyid Yəhya əş-Şirvani əl- Bakuvi, İmam Qəzali, Yunus İmrə və başqa böyük fikir adamlarının - örnək ömür yaşayan insanların yaradıcılığı haqqında fikirlərini bölüşüb. O, "Nəfsin tərbiyəsi", "Gözəl əxlaq", İslamda qadın" və başqa mövzular üzərində də ətraflı dayanaraq, haqqa, ədalətə, duruluğa, gözəlliyə aparan yolun ağırlığından və şərəfindən danışıb.
Gecədə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən "Türk dünyası təsəvvüf irsinin araşdırılmasında böyük əməyinə, təsəvvüfün dünyanın hər yerində geniş təbliğinə və gənc nəsillərə öyrədilməsində xidmətlərinə görə" mükafat və "Miras" İB tərəfindən "Türk dünyası təsəvvüf irsinin araşdırılmasında böyük əməyinə görə" mükafat C.Sarquta təqdim edilib və "Mirasın dostu" elan edilib, tanınmış rəssam Paşanın əl işi olan "Azərbaycan mənzərəsi" və gül çələngi təqdim edilib.
C. Sarqut tədbir iştirakçılarının suallarını geniş şəkildə cavablandırıb. Gecənin sonunda "Dinlə" kitabının imzalanma mərasimi keçirilib. Müəllif "Dinlə" kitabını alan bütün oxucuları üçün kitabını imzalayıb.
Qeyd edək ki, bu gündən tanınmış təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqutun Azərbaycan dilində "Dinlə" kitabını arzu edənlər oxucular "Əli və Nino" kitab dükanları şəbəkəsindən əldə edə bilərlər.
İsmayıl
-
Magazin103:35
O mahnıları məndən istəsələr də, oxumaram - Üzeyir Mehdizadə
-
İdman02:43
Kim deyir ki, Messi məndən yaxşıdır? – Ronaldo bu sualı verdi və... - VİDEO
-
Qoroskop01:10
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Hadisə00:35
Azərbaycanda nazirlik əməkdaşı intihar etdi
-
Nida Xəbər 00:15
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı PAYLAŞIM
-
Kriminal23 Dekabr 23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin223 Dekabr 22:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə23 Dekabr 22:07
Bakıda uçqun oldu - Ölən var