Qırmızı.az
Bu avtomobil sahiblərinə ŞAD XƏBƏR - Böyük güzəştlər olacaq - VİDEO
Ekoloji təmiz avtomobillərin idxalını artırmaq və belə avtomobillərdən istifadəni təşviq etmək məqsədilə yeni güzəştlər paketi hazırlanır. Bu paketdə bu növ avtomobillərin sahiblərinə bir sıra güzəştlərin edilməsi nəzərdə tutulub. Güzəştlər və yeniliklər nədən ibarət olacaq?
Publika.az">Publika.az xəbər verir ki, Azərbaycanda elektromobil və hibrid avtomobillərin sahiblərinə əlavə güzəştlər edilə bilər. Belə avtomobillərin sürücülərinin gələcəkdə ödənişli yollardan ödənişsiz istifadə etmələri üçün təkliflər hazırlanır. Bu təkliflər yeni təsdiq edilən "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"ndə öz əksini tapıb.
Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rövşən Namazov ''Xəzər Xəbər''ə bildirib ki, ekoloji təmiz olan avtomobillərin sahiblərini gözləyən yeniliklər bununla bitmir.
İşçi qrupuna belə nəqliyyat vasitələrinin ölkəmizdə rahat istifadəsi üçün infrasturukturun qurulması ilə bağlı təkliflərin hazırlanması da tapşırılıb. Bu avtomobillərin enerji ilə təminatı problemini həll etmək üçün parklanma yerlərində enerjidoldurucularının quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerjidoldurucu qurğuların idxalı və satışı bu ildən 3 il müddətinə ƏDV-dən azad olunub. Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da bu ildən 3 il müddətinə ƏDV-dən azaddır.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

































