Qırmızı.az
Ruslan Əliyev müharibə iştirakçıları ilə görüşdü - FOTO
“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev 1-ci Qarabağ müharibəsinin iştirakçıları ilə görüş keçirib.
Birlikdən Publika.az-a verilən məlumata görə, baş direktor qazilərin iş və həyat şəraitləri, mövcud vəziyyətləri ilə yaxından maraqlanıb.
Müharibə iştirakçılarına problem və təkliflərini səsləndirmələri üçün imkan yaradılıb.
Baş direktor müharibə iştirakçıları, qazi və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasının daim dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edərək, “Azəriqaz” İB-nin də bu həssas əhali qrupunun nümayəndələrinə hər zaman xüsusi diqqət ayırdığını bildirib.
Birlik rəhbəri yalnız qaz təchizatı ilə bağlı deyil, müharibə iştirakçıları, şəhid ailələri və müharibə əlilləri tərəfindən Birlikdə müvafiq işlə təmin olunmaları ilə bağlı daxil olan müraciətlərə də həssaslıqla yanaşıldığını vurğulayıb.
Baş direktor “Azəriqaz” İstehsalat Birliyi üzrə 537 nəfər Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsinin üzvü olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb.
Ruslan Əliyev ünvanlanan bütün müraciətlərin araşdırılması, qazilərə köməklik edilməsi üçün Birliyin müvafiq struktur rəhbərlərinə tapşırıq verib.
Qazilər göstərdiyi diqqət və qayğıya görə “Azəriqaz” İB-nin baş direktoruna təşəkkür ediblər.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

































