Qırmızı.az
İqlim fəlakəti qapıda - 2030-cu ilə qədər...
Uzun illərdir ki, qlobal istiləşmənin ağuşunda olan planetimizdə yarana biləcək fəlakətlərin, quraqlığın və ərzaq qıtlığının qarşısının alınması üçün dövlətlər ortaq işlər görürlər. Gələcəkdə bunun nə qədər effektiv olacağını indidən demək bir qədər çətin olsa da, əldə olan müsbət irəliləyişlər problemin aradan qaldırılması üçün daha çox işlər görməyə stimul verir. Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) elan edib ki, əgər qlobal temperatur artımı 1,5 dərəcə ilə məhdudlaşmasa, vəziyyət iqlim fəlakətinə çevriləcək. Məsələ ilə əlaqədar işçi qrupunun hesabatı, İqlim Dəyişikliyi 2022: “İqlim Dəyişikliklərinin Azaldılması” proqramı 195 üzv dövlət tərəfindən təsdiqlənib.
Hesabata görə, 2010-2019-cu illər arasında illik orta qlobal istixana qazı emissiyaları bəşər tarixində ən yüksək səviyyəyə çatıb, eyni zamanda emissiyaların artım tempi son illərdə yavaşlayıb. Dünyada aparılan iqlim siyasəti sayəsində enerji səmərəliliyində, meşələrin qırılmasında azalmalar, bərpa olunan resursların potensialında isə artım baş verib. Külək və günəş enerjisi xərcləri 2010-cu ildən bu günədək 85 faizə qədər azalıb. Müsbət irəliləyişlərə baxmayaraq, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün istixana qazı emissiyalarının 2025-ci ilə qədər pik səviyyəyə çatması və daha sonra sürətlə azalması lazımdır. Bütün sektorlarda, xüsusən də infrastruktur, enerji, nəqliyyat, dəmir-polad, binalar və sənaye sahələrində 2030-cu ilə qədər qlobal emissiyaları 43% azaltmaq üçün imkanlar var. Hesabata görə, qlobal tullantılar kəskin şəkildə azaldılmasa, temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq mümkün olmayacaq.
Dünya iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsindədir. Belə ki, 2030-cu ilə qədər emissiyalar demək olar ki, yarıya endirilməli və enerji sektorunda böyük transformasiya aparılmalıdır. Atmosferə atılan tullantılar yarıya qədər azaldılsa da, qlobal temperatur artımının 1,5 dərəcəni keçəcəyi qaçılmaz olacaq. Lakin əsrin sonuna qədər artımın yenidən bu səviyyəyə qədər azala biləcəyi proqnozlaşdırılır.
src="/storage/files/upload/a6832c8307d8dd6f20c45a87b034063a27d1d67a.jpg" style="width: 482px; height: 273.213px;" class="fr-fic fr-dib fr-fil">
Məsələ ilə əlaqədar Publika.az-a açıqlama verən ekoloq Rafiq Verdiyev bildirib ki, qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində dünyanın bir çox bölgəsində olduğu kimi, Azərbaycanda da temperaturun yüksəlməsi ilə buxarlanmanın artması və yağıntıların azalması su resurslarının həcminin azalmasına səbəb olub: “Məhz qlobal istiləşmənin təsirləri nəticəsində 1961-1990-cı illər iqlim norması ilə müqayisədə son 30 ildə 1991-2021-ci illər ərzində respublikamızın çaylarının su ehtiyatları 15 faizədək azalıb. Lakin son bir neçə ildə su resursları daha çox azalıb ki, bu illər də quraq illər hesab olunur. Son 5 ildə çaylarda olan suyun miqdarı ayrı-ayrı illərdə normadan 20-30% az olub. Bunun nəticəsində su anbarlarını doldurmaq mümkün olmayıb və həm Kürboyu su təchizatında, həm də Kürün aşağı axınında su çatışmazlığı problemi yaranıb. Suyun səviyyəsi bir neçə metr aşağı düşüb. İlin bu zamanlarında Kürdə 300-400 kubmetr su olduğu halda, mart ayınadək 50-60 kubmetr su müşahidə olunub. Lakin mart ayında artan yağıntı səbəbindən Kürdə və Kürün qollarında, Kürə tökülən çaylarda sululuq artıb və bunun nəticəsində Kürün aşağı axınında sululuq 100 kubmetrə çatıb. Bu isə Kürün Xəzərə axdığı hissə sayılan Neftçala ərazisində Kürün səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb ki, həmin ərazilərdə duzluluq faizi azalıb. Məsələn, martın əvvəllərində 1 litr suda duzluluq 7-8 qram idisə, indi o, 1 qramdan aşağı düşərək yol verilən norma hüdudunda olub”.
Ekoloq əlavə edib ki, hazırda gursululuq dövrü başlayır və bu dövrdə düşən yaz yağışları nəticəsində hövzədə toplanan qarın əriməsi ilə sululuğun artması gözlənilir: “Bu da Kürdə suyun çoxalmasına və sözügedən problemlərin azalmasına zəmin yaradacaq. Lakin sudan səmərəli istifadə edilməsə və xüsusilə yayda çaydan kütləvi şəkildə su götürülsə, bu problemlər yenidən gündəmə gələcək. Son illər Kür və Arazın ölkəmizə daxil olan hissələrində də 20-30% azalma müşahidə olunur. Bununla yanaşı, yerli çaylarımızda su ehtiyatları azalır və bunun nəticəsində ümumi su resurslarımızda azalma müşahidə edilir. Bunun qarşısının alınması üçün layihələr planlaşdırılır. Ehtimal ki, dənizdən gələn duzlu suyun qarşısının alınması üçün Kürdə xüsusi qurğunun tikilməsi də nəzərdən keçirilə bilər”.
Ekspertin də verdiyi rəydən bu nəticəyə gəlmək olar ki, problem düşünüləndən daha böyükdür və fəlakət qapıdadır desək, yanılmarıq. Bərpa olunan enerjidən istifadə məsələsinə diqqət bütün dünyada olduğu kimi, ölkəmizdə də getdikcə artır. Çünki Azərbaycanın bərpa olunan enerji sahəsini inkişaf etdirmək üçün böyük imkanları var. Xəzər sahilinin və dağlıq bölgələrimizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin təbiəti külək enerjisi layihələrinə geniş meydan verir. Günəş enerjisindən istifadəyə də günəşli diyarımızın bir çox yerlərində əlverişli təbii şərait mövcuddur.
Təsadüfi deyil ki, “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji”yə geniş yer verilməsi də müəyyənləşdirilib. Prezident İlham Əliyev enerji istehsalı gücündə bərpa olunan enerjinin payının 17,3 faizdən 2030-cu ildə 30 faizə çatdırılmasını qarşıya vəzifə kimi qoyub.
Beynəlxalq enerji şirkətləri Azərbaycanın bu məqsədini dəstəkləyir.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO