Qırmızı.az
Laçında rəqəmsal yarımstansiya tikilir - VİDEO
“AzərEnerji” ASC Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1 800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikir.
Bu barədə Publika.az">Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
T.Abdullayev əlavə edib ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “AzərEnerji” tərəfindən genişmiqyaslı işlər həyata keçirilir.
“Belə ki, 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından Laçın rayonunun Qorçu kəndinə 42 km məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilir. Bəzi yerlərdə 2 200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xəttinin trassası üzrə xüsusi buzlaşma əraziləri də nəzərə alınmaqla hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılır.
Ağır tonnajlı dayaqların daşınması üçün xəttin trassası üzrə yol salınmaqla yanaşı bütün maneələr dəf edilir. 110 kilovoltluq xəttin üzərindəki ildırım ötürücü trosun içərisində 24 damarlı fiber optik kabellə internet xətti çəkilir”.
“AzərEnerji” rəsmisi əlavə edib ki, Laçında yeni tikilən rəqəmsal yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılacaq:
“Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq və bunun üçün tikilməkdə olan idarəetmə binasında mikro-SCADA sistemi yaradılacaq. Yeni yarımstansiya Laçında tikiləcək hava limanı, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə Laçında tikiləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək”.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc































.jpg)

