Qırmızı.az
6 erməni hərbçisinin məhv edildiyi görüntü - VİDEO
Yanvar ayının 31-də cəbhədə təxribat törədən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının məhv edildiyi əməliyyatın görüntüləri yayılıb.
APA-nın məlumatına görə, sosial şəbəkələrdə yayımlanan videoda 31 yanvar saat 15:00 radələrində Qazax rayonu istiqamətində cəbhə xəttində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv olması əks olunub.
Videoda Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının minaya düşmələri aydın görünür. Erməni hərbçilər ağaclıq və kolluq sahə ilə Azərbaycan Ordusunun mövqelərinə doğru yaxınlaşarkən minaya düşürlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı APA-ya bildirilib ki, bu video cəbhədə təxribat törətməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin verdiyi itkisi barədə Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 31-də yaydığı məlumatı bir daha təsdiq edir.
“Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədirdi. Onlar digər hadisələri, itkiləri beləcə öz ictimaiyyətlərindən gizlətməyə çalışırlar”, - deyə MN-dən bildirilib.
Qeyd edək ki, Azərbaycan MN-in cəbhənin Qazax rayonu istiqamətində minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv edilməsi barədə yaydığı xəbər Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilmiş və belə bir hadisənin baş vermədiyi bildirilmişdi.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə ötən gün keçirilən genişmiqyaslı hərbi təlimdə çıxışı zamanı qısa müddət ərzində 20-dən çox erməni hərbçinin cəbhədə məhv edildiyini bəyan edib.
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq


























.jpg)










