Qırmızı.az
"Şamaxinka"ya gedən yol təmirə bağlanır
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri davam etdirilir.
ASC-dən Publika.az-a verilən məlumata görə,
kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov
küçəsində həyata keçirilir.
Bir müddətdir nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanan
Müzəffər Həsənov küçəsinin Moskva prospekti ilə kəsişməsindən Abbas
Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinə qədər olan 300 metrlik
hissəsi sabahdan tam yeni görkəmdə sürücülərin ixtiyarına
veriləcək.
Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınıb, yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 6500 kvadratmetrlik hissədə yeni asfalt örtüyü salınıb, yol boyu səki daşları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.
Bundan öncə işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin
kəsişməsindən Dadaş Bünyadzadə küçəsinin kəsişməsinədək olan 350
metrlik hissəsində aparılıb. Sözügedən ərazidə də “Azəryolservis”
ASC tərəfindən anoloji işlər görülüb. Burda təqribən 4500 kvadrat
metrlik əraziyə yeni asfalt-beton örtüyü döşənib. Müzəffər Həsənov
küçəsinin hər iki hissəsində ümumilikdə 1 min paqon-metr yeni səki
daşları düzülüb, kommunikasiya xətlərinin 11 baxış qapağı
dəyişdirilib.
Analoji işlərin küçənin Dadaş Bünyadzadə küçəsi ilə
kəsişməsindən “Şamaxinka” ərazisinə qədər olan hissəsində də
aparılması nəzərdə tutulub. Bu məqsədlə sözügedən ərazi nəqliyyat
vasitələrinin hərəkəti üçün sabahdan etibarən bağlanacaq.
Təmir-tikinti işlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:58Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü
























.jpg)













