Region
Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI: “Mehmetcik”i bu silahlarla vuracaqlar – ŞOK PLAN
Prezident Donald Tramp vasitəsilə Suriyadan çəkiləcəyini açıqlayan ABŞ, bunun tam əksinə, bölgədəki hərbi varlığını daha da gücləndirir.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Vaşinqton dəstəklədiyi PKK/PYD terror təşkilatına verdiyi silahların miqdarını artırmaqla yanaşı, silahların nomenklaturasını da əhəmiyyətli şəkildə dəyişdirib.
Suriyanın şimalında yeni müşahidə nöqtələri quran ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) PKK/YPG-yə inkişaf etmiş texnologiya ilə təchiz olunan hərbi texnika və silah sistemləri göndərməkdə davam edir. ABŞ mətbuatının rəsmi mənbələrə istinadən verdiyi xəbərə görə, Pentaqon İŞİD-də qarşı əməliyyatın başa çatmasından sonra İraq ordusundakı silah və hərbi texnikanı geri alıb. Onların bir çoxunun PKK/YPG-yə göndərildiyi bildirilir.
“Yeni Şəfəq” qeyd edir ki, Suriyanın şimalına növbəti silah və hərbi texnika partiyasının göndərilməsi ABŞ prezidentinin “Suriyadan çəkilirik” dediyi 2018-ci il dekabrın 19-u tarixindən 12 gün sonra başlanıb.
Bölgədəki mənbələr də silah təchizatını təsdiqləyir. Son 2,5 ayda İraqdan PKK-ya 2 min 500 TIR dolusu silah göndərilib. Son günlər hərbi kolonların hərəkət qrafiki gözəçarpacaq dərəcədə sıxlaşıb.

Sonuncu silah partiyasında hava hücumundan müdafiə üzrə müasir sistemlərin olduğu bildirilir. Məlumata görə, ABŞ-ın məqsədi Fəratın şərqində əməliyyatın keçirilməsi üçün PKK-nın terror fəaliyyətlərini izləyən Türkiyənin pilotsuz uçuş aparatlarına maneə olmaqdır. Türkiyə nəşri qeyd edir ki, beləliklə, “Türkiyəsiz təhlükəsiz zona” planının həyata keçirilməsi istənilir.
Terror təşkilatına çatdırılan hərbi texnika və silahların nomenklaturasına gəlincə, onların arasında 50 ədəd şəxsi heyət daşıyan zirehli “Humwee” avtomobili, 20 ədəd mina əleyhinə aparat, 40 ədəd təkmilləşdirilmiş silahlı hərbi daşıyıcı, 700 ədəd yüngül tank əleyhinə silah, 2 min 400 ədəd minaatan, 25 mina təmizləyicisi (mina silindri) və müxtəlif partlayıcı maddələrin olduğu bildirilir.
Pentaqon sözcüsü Sean Robertson terror təşkilatına silah və hərbi texnikanın göndərilməsini təsdiqləsəə də, detalları açmayıb.
“Fərat çayının şərqində nəzarəti tamamilə təmin edə bilmək üçün SDG-nın (“Suriya Demokratik Gücləri”, əsas hissəsini PKK terrorçuları təşkil edir –red.) kifayət qədər hərbi avadanlıq və silahlarla təmin edilməsi çox əhəmiyyətlidir. ABŞ-ın Müdafiə Nazirliyi və Konqres təsirli və effektiv təlim fəaliyyətləri üçün maliyyələşməyə davam edəcəkdir”, - o bildirib.
Ömər
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?

























.webp)









