Region
S-400-lər burada yerləşdiriləcək - Türkiyə düşmənə NƏFƏS ALDIRMAYACAQ
Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin yerləşdiriləcəyi bölgələr məlum olub.
Publika.az xəbər verir ki, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar batareyalardan ikisinin Ankara və İstanbulda yerləşdiriləcəyini deyib. Digər iki batareyanın isə ölkənin Egey dənizi bölgəsində və cənub sərhədində yerləşdiriləcəyi bildirilir.
Təhlükəsizlik mütəxəssislərinin fikrincə, S-400-lərin Egey bölgəsinə yerləşdirilməsi Türkiyənin bu bölgədəki strateji üstünlüyünü artıracaq. Ekspertlər cənub sərhədində Qaziantep və ya Hataya yerləşdirilməsi ehtimal olunan sistemlərin Suriyadan gələ biləcək raket təhdidlərinə qarşı tədbir görəcəyini deyir.
Xüsusiyyətləri
Rusiya ilə razılaşma çərçivəsində Türkiyəyə 4 bölmədən ibarət 2 ədəd S-400 veriləcək. Hər bir sistemdə 72 ədəd olmaqla, ümumilikdə 144 raket yer alacaq. Əlavə olaraq, 48 ehtiyat raket də veriləcək. Beləliklə, toplamda 192 raket göndəriləcək.
Rusiyanın hərbi standartlarına görə, bir havadan müdafiə bölüyü 9 daşıyıcıdan ibarətdir. 4 bölükdəki batareya sayının 36 olacağı bildirilir. S-400-lərin 1 batareyası daşıyıcı, radar və idarəetmə mərkəzi olmaqla, 3 mobil vasitədən ibarətdir.
Raket mənzili təxminən, 400 km olan S-400 havadan müdafiə sistemi 185 km yüksəklikdə uçan hədəfləri məhv edə bilir. Sistem 600 km uzaqda olan hədəfləri təyin edir və 10 saniyədən az müddətdə reaksiya verir.
Havadan müdafiə sistemlərinin ilk bölümünün bu ilin iyul ayında Türkiyəyə təhvil verilməsi gözlənilir.
Zümrüd
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)