Region
Ərdoğan bütün dünyaya ELAN ETDİ: "Bir gecə qəflətən..."
“Bir gecə qəflətən gələ bilərik” demişdik.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Serbiyaya səfərindən öncə jurnalislərə açıqlama verən prezident bildirib ki, Türkiyə Suriyanın şimalını terror ünsürlərindən təmizləməkdə qətiyyətlidir: “Axşamkı görüşümüzdən sonra cənab prezidentin (Donald Tramp - red.) də dediyi kimi, çəkilmə (Pentaqonun Suriyanın şimalından çıxması – red.) başlayıb. Bu, yeni bir şey deyil, tarixi olan bir şey. Cənab Tramp təlimatını vermişdi, çəkilməyi əmr etmişdi. Axşamkı görüşdən sonra bu vəziyyət eyni qətiyyətlə davam edəcək. Verilmiş bir qərarımız var. Bir gecə qəflətən gələ bilərik demişdik. Qətiyyətimiz davam edir. Terror təşkilatlarının təhdidlərini qəbul etməyimiz mümkün deyil”.
Ərdoğan Türkiyənin girmək istədiyi bölgədə həbsdə olan İŞİD terror təşkilatı üzvlərindən məsuliyyət daşıması haqqında danışaraq qeyd edib ki, rəqəmlər bir az şişirilib: “Hazırda həbsxanada olan bəzi rəqəmlər var. Bu məsələ ilə bağlı bizim də bir yanaşma tərzimiz mövcuddur. “İŞİD-çilərin nəzarətini əlimizdən buraxmalıyıq, artıq kifayətdir” deyirlər. Bu məsələdə hansı addımı atacaqları ilə bağlı özləri işləyəcək. Nə kimi bir addım atsınlar ki, İŞİD-çiləri sərbəst buraxsınlar”.
ABŞ prezidenti Donald Trampın Vaşinqtona səfər təklifi haqqında düşüncələrini bölüşən prezident bildirib ki, noyabrın ilk yarısında səfər gerçəkləşəcək: “Görüşün üz-üzə olmasına görə işin dərinliyini, Türkiyə-ABŞ münasibətlərini və bölgədəki prosesləri müzakirə etmək fürsətimiz olacaq. Başlıqlardan biri də F-35 məsələsidir. Bu, uzanan proses oldu. Görüşdə bununla bağlı yekun qərar almaq istəyirik. Biz ödəmələrdə axsaqlıq etmirik. 1,4 milyard ödəniş etdik”.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
