Region
Türkiyədən QARDAŞ JESTİ: Qarabağ adı əbədiləşdirildi - FOTO
Türkiyənin İğdır vilayətinin Mələkli qəsəbəsində bir məhəlləyə Qarabağ adı verilib.
Publika.az xəbər verir ki, Mələkli qəsəbə Bələdiyyəsi bu qurumun sədri Eray Coşarın təklifini yekdilliklə təsdiqləyib.
Eray Coşar açıqlamasında deyib:
“Dağlıq Qarabağ və ona bitişik ərazilərin otuz ilə yaxın zamanda işğal altında saxlanılması Azərbaycan və Türkiyədə eyni böyük problem kimi qəbul olunub. Prezident İlham Əliyevin komandanlığında Azərbaycan Ordusunun işğaldan xilas olmaq üçün başladığı müqəddəs hərəkat olduqca qürurvericidir. Azərbaycan Ordusunun düşmən üzərində rəşadətlə əldə etdiyi uğurları böyük sevinclə qarşılayırıq. Bu prosesdə Azərbaycana dəstək vermək məqsədilə biz də öz mövqeyimizi bələdiyyə məclisimizin qərarı ilə təsdiqlədik. Bundan sonra Mələkli qəsəbəsinin mərkəzi məhəlləsi Qarabağ adlandırılacaq. Əslində, bizim bu qərarımız bütün Türkiyənin, İğdır əhalisinin, Azərbaycansevər bütün vətəndaşlarımızın mövqeyi və arzusudur”.
Azərbaycan Ordusunun tezliklə rəşadətli qələbə çalacağına əmin olduğunu vurğulayan bələdiyyə sədr Eray Coşar bildirib ki, bu zəfər Qafqaz və Anadolu daxil olmaqla, böyük bir coğrafiyaya sülh, sabitlik və inkişaf gətirəcək
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)