Region
Türkiyə Cümhuriyyət Gününü qeyd edir - - VİDEO
29 oktyabr - Türkiyənin Cümhuriyyət Günüdür.
Publika.az xəbər verir ki, Cümhuriyyət Bayramı Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə respublika idarəetmə sistemini elan etməsindən sonra hər il eyni tarixdə qeyd edilir.
1922-ci ildə səltənətin ləğvindən sonra Türkiyə dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin oktyabrında Cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam edir. Cümhuriyyətin elanından sonra ilk prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir.
1925-ci ildə qəbul edilən qanunla Cümhuriyyətin elanı türk dövlətinin bayramı elan olunub. Həmin ildən etibarən keçirilməyə başlanan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
Atatürkün qurduğu Cümhuriyyət ilbəil tərəqqi edir, nüfuzunu yüksəldir, dünya birliyində haqq etdiyi yeri tutur.
Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə Türkiyə Böyük 20-liyə daxil olub, dünyanın iqtisadiyyatına görə inkişaf etmiş 18-ci, Avropanın 7-ci ölkəsi, ümumi daxili məhsulun (ÜDM) artım sürətinə görə 20-liyin 1-cisi olub.
Türkiyə Cümhuriyyəti Quruluşunun 2023-cü ildə qeyd ediləcək 100 illiyində hədəf ixracatı 500 milyarda, toplam ticarət, idxal-ixrac həcmini isə 1 trilyon dollara çıxarmaq, dünyanın 10-cu iqtisadi gücü olmaqdır.
Türkiyə bu illərdə onlarla ölkədaxili, regional və beynəlxalq layihəni gerçəkləşdirib, 150 illik Mərmərə Layihəsi xəyalını həyata keçirib; yerin 60 metrlik dərinliyində dünyanın ən dərin sualtı tuneli ilə Şərqi Asiya ilə Qərbi Avropa birləşib, Pekindən Londona birbaşa dəmiryol xətti-Modern İpək Dəmiryolunun açılışına Bakı-Tbilisi-Qars xətti ilə yaşıl işıq yandırılıb. 82 vilayətin hamısında universitet açılıb, dəniz, hava, quru yol, enerji infrastrukturunda, hərbi və mülki texnika və texnologiyalar istehsalında toplam Cümhuriyyət dövründə olduğundan artıq işlər görülüb.
Cümhuriyyətin mübarək, QARDAŞ TÜRKİYƏ!
-
Elm və təhsil21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik















.jpg)
.jpg)














.png)




