Region
Akardan VACİB MESAJLAR: Türkiyə bu dəhlizin qurulmasına icazə vermədi
Bayden administrasiyasına indidən qılınc qaldırmaq doğru deyil. Prosesi görmək və buna uyğun bir yol seçmək daha faydalıdır.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
Onun Türkiyənin “Hüriyyət” qəzetinə müsahibəsini təqdim edirik:
- 15 iyul olaylarından (FETÖ-nün qiyam cəhdi) sonra Türkiyə Silahlı Qüvvələrinin vəziyyəti necədir? Bərpa olubmu?
- 15 iyul xain çevriliş cəhdindən sonra bəziləri ordudan uzaqaşdırıldı. Generalların 50 faizi, şəxsi heyət zabitlərinin də 73 faizi vəzifədən kənarlaşdırıldı. Bir ay sonra “Fərat Qalxanı” əməliyyatı baş tutdu, daha sonra 4 böyük uğurlu əməliyyat keçirildi. Dünyadakı başqa heç bir ordu bunun öhdəsindən gələ bilməz.
- Əməliyyatların məqsədi “terror dəhlizi” adlandırdığınız planı pozmaq idi. Bu işdə uğur qazana bildinizmi?
- Terror dəhlizi qondarma dövlətin qurulması anlayışına bərabər bir məsələdir. Türkiyə bu dəhlizin qurulmasına icazə vermədi, dağıdıb bir kənara atdı. Bu edilməsəydi, bu gün bir çox fərqli təhdid və təhlükələrlə qarşılaşacaqdıq. Türk ordusu hara gedir-getsin, ora sülh, əmin-amanlıq və sabitlik aparır. Mehmetçik (türk əsgəri) məzlum və məsumların qalxanıdır.
- Sizcə, Azərbaycanın qələbəsindən sonra ortaya çıxan ən vacib məsələ nədir?
- Əməliyyatlar 44 gün davam etdi. Bu əməliyyatların ən əhəmiyyətli təsiri bu oldu: iki ölkə də “iki dövlət, bir millət” şüurunu daha yaxşı qavradı. Bu şüur öz yerinə oturdu. Bundan sonra Ermənistan öz seçimlərini düzgün etsə, sülhün payçısı ola bilər.
- Liviyada Haftarın təhdidləri gündəmdədir. Haftara çox sərt cavab verdiniz. Haftar haqqında nə düşünürsünüz?
- Haftar əslində bir oyuncaqdır, insanlığın düşmənidir. Özünə saxta marşal rütbəsi verən bir şəxsdir. Üçüncü dövlətlərin istifadə etmək istədikləri profilə uyğun gəlir. Onun arxasında kimin olduğu məlumdur. Kiminsə qulluqçusu olmaqla Liviyanı qeyri-sabit duruma sürükləyir. Haftar başına gələnlərdən qorxur. Liviyada bir çox kütləvi məzarlıq aşkar edilib. 200-dən çox cəsəd var. Xəstəxana və məktəblərə xaincəsinə hücumlar təşkil edir. Beynəlxalq cinayət məhkəmələrində mühakimə olunmaq onu qorxudur. Bəzi ölkələr də insanlığın bu düşmənini dəstəkləyir.
- Yunanıstan ilə Türkiyə arasında hazırki vəziyyət necədir?
- Yunanistan son üç ayda yalnız ikisində fəaliyyət göstərdiyi 49 NAVTEX elan etdi. Ortaya atdığı bütün dəlilləri öz uydurmalarıdır. Türkiyəni sıxışdırmaq üçün əlindən gələni edir. “Gəl oturaq, danışaq” deyəndə görüşməkdən imtina edir. Qapı-qapı gəzir və öz yalanlarına inanır.
- “S-400” problemi və sanksiyalar gündəmdədir. ABŞ-la münasibətlərdə necə bir gələcək proqnozlaşdırırsınız?
- Amerika ilə uzun illərə söykənən əlaqələrimiz var. Yüzlərlə məsələnin içindən “S-400”ü götürüb bu əlaqələri kilidləmək doğru deyil. FETÖ-nü istədik, verdinizmi, yox. “S-400” bizim üçün bir seçim deyil, zərurətdir. 83 milyon vətəndaşımızın təhlükəsizliyi sual altındadır.
Bayden administrasiyasına indidən qılınc qaldırmaq doğru deyil. Prosesi görmək və buna uyğun bir yol seçmək daha faydalıdır. PKK YPG deməkdir. Bunu başa düşmək lazımdır. Gözləntimiz budur ki, silah-sursat da daxil olmaqla bütün dəstək dayandırılsın.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


