Region
Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: yaralıların sayı artdı - (YENİLƏNDİ)
Türkiyənin Konya vilayətinin Meram rayonunda baş verən 5,1 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı artıb.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, təbii hadisə zamanı xəsarət alanların sayı iki nəfərə çatıb. Yerli mətbu orqanlar eyni zamanda zəlzələ zamanı qorxuya düşən iki şagirdin də Beyşəhir Dövlət Xəstəxanasına müraciət etdiyini xəbər verib.
Ölənlər barədə məlumat yoxdur.
Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ ocağı 10,61 kilometr dərinliyində yerləşib. İlk zəlzələ yerli vaxtla saat 20:43-də baş verib. Bundan sonra daha bir neçə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib. Zəlzələ sakinlər arasında təşvişə səbəb olub. Təbii hadisə zamanı bəzi tikililərə ziyan dəyib. Zərər çəkən iki tikilidə yaşayışın olmadığı bildirilir.
xxx
00:00
Xəbər verdiyimiz kimi, Türkiyənin Konya vilayətinin Meram rayonunda 5.1 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, ölkənin Səhiyyə naziri Faxrettin Koca hadisənin nəticələri ilə bağlı açıqlama verib. O bildirib ki, zəlzələ zamanı bir nəfər xəsarət alıb.
Nazirin sözlərinə görə, təbii hadisə zamanı həmçinin yaşayışın olmadığı 2 bina dağılıb, daha 1 binaya ziyan dəyib.

xxx
22:00
Türkiyədə yeraltı təkanlar qeyd alınıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Nazirliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla 20:43 radələrində Konya vilayətinin Meram rayonunda 5.1 bal gücündə zəlzələ olub.
Təkanlar yerin 10.61 kilometr dərinliyində qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Hüseyn
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)