Region
İranda "casusluq"da şübhəli bilinən üç əcnəbi diplomat HƏBS EDİLİ
İslam İnqilabı Keşikçiləri Korpusu Britaniya səfirinin müavinini və daha iki əcnəbini “casusluq” fəaliyyətinə görə həbs edib.
Publika.az xəbər verir ki, bu barədə "Sinxua" yerli KİV-ə istinadla yazır.
“Böyük Britaniya səfirinin müavini turist kimi ailəsi ilə birlikdə Şahdad səhrasına (İranın mərkəzində) gedib, lakin əldə edilən görüntülər onun ərazidə torpaq nümunələrini topladığını göstərir”, - məqalədə deyilir.
Digər həbs edilən şəxs Avstraliya səfirliyinin mədəniyyət məsləhətçisinin həyat yoldaşıdır və o, Semnan əyalətinin Damqan kəndinə baş çəkib və orada da torpaq nümunələri götürüb.
İran akademik mübadilə proqramı ilə ölkədə olan polşalı alim Maciesz Valzakı da həbs edib. O da guya turist adı altında İslam İnqilabı Keşikçiləri Korpusunun raket sınaqları keçirdiyi Kirman vilayətinin Şahdad bölgəsinə səfər edib. Alim torpaq, su, duz və digər maddələrdən nümunələr toplayıb.
Hüseyn İbadlı
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi

































.jpg)


