Region
Sülh uğrunda MÜBARİZƏ: Ərdoğan Lvovda mümkün yolları müzakirə edəcək
Xəbər verdiyimiz kimi avqustun 18-də Lvovda Ukrayna prezidenti Voloadimir Zelenski, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə görüş keçiriləcək.
Publika.az "CNN Türk"ə xəbər verir ki, Ərdoğan Volodimir Zelenskinin dəvəti əsasında Lvova gedəcək.
Agentliyin məlumatına görə, tərəflər Ukraynada müharibəyə son qoymağın mümkün yollarını müzakirə etməyi planlaşdırırlar.
"Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. İclasda Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin işə salınması sayəsində diplomatik yollarla Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün atılacaq addımlar müzakirə olunacaq”, - məlumatda deyilir.
Prezidentlər həmçinin Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektlərini strateji tərəfdaşlıq səviyyəsində müzakirə edəcəklər.
Nəşrin məlumatına görə, Ərdoğanın Ukrayna səfəri bir gün davam edəcək.
Qeyd edək ki, avqustun 6-da, Rəcəb Tayyib Ərdoğan növbəti dəfə rusiyalı həmkarı Vladimir Putini Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə dəvət edib.
Hüseyn İbadlı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)

.jpg)