Region
İran polisi etirazçılara atəş açdı, motosiklet qadının üzərindən keçdi - ŞOK GÖRÜNTÜLƏR
İranda bir neçə gün öncə 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar səngimək bilmir.
Publika.az-ın məlumatına görə, bu gün Tehranda baş tutan növbəti etiraz aksiyalarında narazı kütlə birləşərək polis qüvvələrini döyüb. Bunun cavabında isə yerə yıxılan polis zabiti odlu silahla dinc etirazçılara atəş açmağa başlayıb.
“Azad İran” teleqram kanalının yazdığına görə, polisin silahla dinc etirazçılara atəş açması ətrafdakıların kəskin narazılığına səbəb olub, polis və hökumət qüvvələri ağır söyüşlərlə tənqid edilib.
İranın Kirmanşah şəhərində də polis qüvvələri dinc etirazçılara birbaşa atəş açıb. Etirazı yatırmaq üçün əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri motosikletlə aksiya iştirakçısı olan bir qadının üzərindən keçib.
Xatırladaq ki, iddialara görə, 22 yaşlı Məhsa Əmini adlı gənc xanım bir neçə gün öncə İranın əxlaq polisi tərəfindən öldürülüb. Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılmaqdadır.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
