Region
Rəisi SÖZ VERDİ: "İran onlara sərt cavab verəcək"
"İran əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etirazlara sərt cavab verməlidir".
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib
Agentlik qeyd edir ki, ölkədə son illərin ən böyük etiraz aksiyaları keçirilir. İran dövlət başçısı etirazla ictimai asayişin və təhlükəsizliyin pozulmasını bir-birindən ayırmağın vacibliyinə işarə edib. O, ölkədə baş verən hadisələri iğtişaş adlandırıb. Bununla bağlı Rəisi "ölkənin təhlükəsizliyinə və əmin-amanlığına qarşı çıxanlarla məşğul olacağına" söz verib
Yerli televiziyanın məlumatına görə, həftə ərzində iğtişaşlar zamanı azı 41 nəfər həlak olub. Qeyd olunur ki, İranın əksər əyalətlərində etiraz aksiyaları keçirilir
Sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininln hicabı "düzgün" taxmadığı üçün "əxlaq" polisi tərəfindən öldürüldüyü iddia olunur. Əmini qohumlarını ziyarət etmək üçün Tehrana gəlib. Şəhərdə o, şəriət normalarına riayət olunmasına nəzarət edən polis əməkdaşlarından ibarət xüsusi dəstə tərəfindən saxlanılıb. Öz növbəsində Böyük Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi onun ürəktutmasından öldüyünü açıqlayıb. Bundan sonra əhali ayağa qalxıb, iranlılar kütləvi şəkildə saçlarını kəsməyə, hicablarını yandırmağa başlayıblar və ölkəni etirazlar bürüyüb.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
