Region
Məhsa Əmini necə öldürülüb? - Məxfi sənəd ortaya çıxdı - FOTO/VİDEO
11:36
“Əlinin ədaləti” adlı haker qrupu İranın Məhkəmə Hakimiyyətinin məxfi məktubunu dərc edib.
Publika.az “Azad İran”a istinadən xəbər verir ki, məktuba əsasən, Tehran Prokurorluğunun 5-ci şöbəsinin prokuror köməkçisi Əli Əmrayi prokurora yazıb ki, bəzi şahidlər və mağaza sahibləri polisin Məhsa Əminini həbs edərkən onun başını səki daşlarına vurduğunu gördüklərini deyiblər.
Sənəddə yazılıb:
“Ətraflı araşdırma aparılıb və bütün insanlar daim eyni yerdə dayanan “Əxlaq” polisi adlanan şəxslərin davranışlarının bəzən yersiz olduğunu, onlarla xalq arasında çoxlu gərginliyin yaşandığını vurğulayıblar. Yuxarıda adıçəkilən şəxslə bağlı bəziləri eyni gün və eyni vaxtda (13 sentyabr, çərşənbə axşamı, saat 18:30 radələrində) gərginlik müşahidə etdiklərini bildiriblər. Qızın maşına mindirilərkən müqavimət göstərdiyi və nəticədə başının yol kənarındakı beton səkiyə dəydiyini deyiblər”.
Xatırladaq ki, iddialara görə, 22 yaşlı Məhsa Əmini adlı gənc xanım İranın “əxlaq” polisi tərəfindən öldürülüb. Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılmaqdadır.
Akqabay
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
















.jpg)


















.jpg)


